Mədəniyyət Nazirliyi Azərbaycan Yazıçılar Birliyi (AYB) tərəfindən 21 nəfər yaradıcı adama ev verilməsinə münasibət bildirib.
Bizim.Media xəbər verir ki, Nazirlikdən bildirilib ki, bu məsələnin Mədəniyyət Nazirliyinə heç bir aidiyyəti yoxdur.
"AYB müstəqil qurumdur və qərarlarını müstəqil şəkildə qəbul edir", - qurumdan vurğulanıb.
Qeyd edək ki, ötən həftə 21 nəfər yaradıcı adama ev verilib. Bu isə yazıçılar arasında narazılığa səbəb olub. Onlar iddia edirlər ki, ev bölgüsü obyektiv həyata keçirilməyib. Hətta 1-2 evi olan şəxslərə yenidən evlər verildiyi də səsləndirilən iddialar arasındadır.
AYB katibi Elçin Hüseynbəyli "Report"a açıqlamasında deyib ki, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev kimi məsləhət bilibsə, evlər həmin şəxslərə verilib.
Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
19:34 / 20.11.2023
Mədəniyyət Nazirliyi Yazıçılar Birliyindəki ev qalmaqalına münasibət bildirib
Hazırda oxunan: Mədəniyyət Nazirliyi Yazıçılar Birliyindəki ev qalmaqalına münasibət bildirib
Hazırda oxunan: Mədəniyyət Nazirliyi Yazıçılar Birliyindəki ev qalmaqalına münasibət bildirib
165292
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.