Gəncə Dövlət Dram Teatrı Türkiyənin İstanbul şəhərində keçirilən 5. Maltepe Beynəlxalq Teatr Festivalında uğurla çıxış edib.
Bizim.Media-nın yerli bürosunun verdiyi məlumata görə, Avrasiya Teatrlar Birliyinin təşkilatçılığı ilə təşkil olunan festivalda Gəncə Dövlət Dram Teatrı E. İoneskonun "Kral ölür" tamaşasını nümayiş etdiriblər.
Tamaşanın quruluşçu rejissoru Tural Vaqifoğlu, rəssamı Mustafa Mustafayevdir.
Rollarda Əməkdar artistlər Elxan Yunis, Sevda Orucova, İlham Hüseynov, Kəmalə Məmmədova, aktyorlar Günay Cabbarova və Ruslan Hüseynov iştirak ediblər. Tamaşa Türkiyə tamaşaçıları və festivalın Beynəlxalq münsiflər heyəti tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, festival proqramı çərçivəsində Avrasiya Teatrlar Birliyinə üzv ölkələrin toplantısı keçiriləcək.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
- A-
- A
- A+
Mədəniyyət
09:12 / 15.10.2023
Gəncə teatrı Türkiyədə festivalda uğur qazandı - FOTO
Hazırda oxunan: Gəncə teatrı Türkiyədə festivalda uğur qazandı - FOTO
Hazırda oxunan: Gəncə teatrı Türkiyədə festivalda uğur qazandı - FOTO
159893
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.