Moderator.az xəbər verir ki, bu gün Nizami kinoteatrında baş tutan “Türk Filmləri Həftəsi”x9dnin qala gecəsində gözlənilməz və hər kəsə xoş olan hadisə baş verib. Qala gecəsi üçün Azərbaycana təşrif buyurmuş Türkiyəli aktyorlar arasında Azərbaycan tamaşaçısının “Təhminə”x9d kimi tanıyıb sevdiyi Türk aktrisa Meral Konrat da yer alıb. Gecənin ən xoş anı isə “Təhminə”x9d ilə xa0filmdəki tərəfmüqabili “Spartak”x9dın qəfil görüşməsi olub.xa0
“Spartak”x9d, yəni sevimli aktyorumuz Füzuli Hüseynov anidən jurnalistlərin suallarını cavablandıran Meral xanımın qarşısına çıxıb. Hər kəs bu xoş səhnəni “Spartakla Təhminə illərdən sonra yenidən bir arada”x9d deyə qarşılayıb.
Ancaq sən demə gerçək heç də biz düşündüyümüz kimi deyilmiş. Əslində “Təhminə”x9d ilə “Spartak”x9d həyatda canlı olaraq heç vaxt qarşılaşmayıblarmış. Aktyorlar illər öncə Xalq yazıçısı Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi”x9d romanı əsasında çəkildikləri “Təhminə" filminin çəkilişləri zamanı bir dəfə olsun belə bir-birlərini görməyiblər. Tanışlıqları isə film çəkiləndən uzun illər sonra, 2-3 il bundan öncə baş tutub.
Bu sirri bu gün ilk dəfə aktyor Füzuli Hüseynov aktrisa Meral Konrat ilə görüşündə jurnalistlərə açıb:xa0
“Biz Meral xanımla maşınla getdiyimiz an var, Zaur maşındakının Təhminə olduğunu sanır və arxasınca gəlir. Həmin yerdə iki maşının arasından qatar keçir və qatar keçdikdən sonra artıq maşın yox olur. Həmin vaxt mənim sürdüyüm maşında Təhminə yox idi, maşındakı Meral xanımın dublyoruydu. Bilmirəm, o zaman rejissor nəyə görə belə düşünmüşdü. Və illər sonra bu sirri sizə açdım. Meral xanımı biz çox sevirik, Azərbaycana xoş gəlib, hər zaman onu gözləyirik, sevirik”x9d.
Daha sonra aktrisa Meral Konrat Füzuli Hüseynovun dediklərini təsdiqləyib:xa0
“Füzulinin dediyi kimi, “Təhminə”x9d filminin çəkilişləri zamanı Spartakla heç qarşılaşmadıq, ümumiyyətlə “Spartak”x9ddan xəbərim olmadı. Tanışlığımız bir neçə il öncə baş tutub, bir televiziya proqramında qonaq olmuşduq və o zaman tanış olmuşduq. Daha sonra feysbukda - falan bəzi söhbətlərimiz oldu”x9d.
Aktrisa daha sonra Moderator.az-ın “İndi film təklifi gələrsə, tərəfmüqabili kimi “Spartakı”x9d yoxsa “Zauru”x9d seçərsiniz?”x9d sualını da cavblandırıb:xa0
“İndi mənə belə çətin suallar verməyin. Mən ikisini də seçərdim, çünki ikisi də çox dəyərli oyunçulardır. Mənim üçün çox önəmlidirlər, çox dəyərlidirlər, ikisi də mənim oynadığım filmdə olsun”x9d.xa0
Jurnalistlərin suallarını cavablandıran Meral Konrat “Filmin çəkilişi zamanı daha çox hansı hadisələr yadınızda qalıb?”x9d sualına da cavab verib: “Filmin çəkilişlərinin hər dəqiqəsi mənimçün önəmlidir, hər saniyəsi bir xatirədir, anlatmağa çalışsam buna zaman yetməz.”x9d
““Təhminə”x9d filminin davamı çəkilə bilərmi?”x9d sualını isə aktrisa “Bu bir sirdir”x9d - deyə cavablandırıb. xa0xa0
Sonda qeyd edək ki, “Türk Filmləri Həftəsi”x9d 27 noyabr tarixinədək davam edəcək. Həftə çərçivəsində bir-birindən maraqlı Türk filmləri Azərbaycan tamaşaçılarına təqdim olunacaq.
Rumiyyə


























































































