Türkiyə məzunları Bakıda bir araya gəldilər

Hazırda oxunan: Türkiyə məzunları Bakıda bir araya gəldilər

157782

Azərbaycanın paytaxtı Bakıda Beynəlxalq Türkiyə Məzunlarının Azərbaycan Toplantısı keçirilib.

Bizim.Media xəbər verir ki, Türkiyədən kənarda ilk dəfə Azərbaycanda keçirilən proqrama Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Qurumunun (YTB) rəhbəri Abdullah Eren də qatılıb.

Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib Dövlət Himnimiz oxunub.

Abdullah Eren Türkiyənin 1990-cı illərdə başladığı “Böyük tələbə layihəsi”ndən danışıb, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistandan minlərlə tələbənin Türkiyədə təqaüdlü təhsil aldığını bildirib.

Eren bildirib ki, Bakıda keçirilən görüşdə dünyanın 21 müxtəlif ölkəsindən məzunlar birliklərinin nümayəndələri iştirak ediblər.

“Hazırda 35 ölkədə türk məzunlar dərnəyimiz var. Türkiyədə 16 min təqaüdlü tələbəyə ev sahibliyi edirik. 2011-ci ildən bu yana 40 minə yaxın beynəlxalq tədbirə ev sahibliyi etdik. Türkiyədə dövlət təqaüdümüzlə təhsil alan tələbələrimiz var. Təbii ki, ən çox tələbə Can Azərbaycandan gəlib. Hazırda Türkiyədə 34 min azərbaycanlı tələbə təhsil alır. Bu günə qədər Azərbaycandan 100 minə yaxın məzunumuz olub”,-deyə Abdullah Eren diqqətə çatdırıb.

Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı tədbirin təşkilinə görə ölkəmizə minnətdarlığını bildirib.

Tədbirdə çıxış edənlər ölkələrimiz arasındakı qardaşlıq əlaqələrindən danışıblar.

 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin