Şuşa “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilə BİLƏR 

Hazırda oxunan: Şuşa “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilə BİLƏR 

156862

25-26 sentyabr tarixlərində Qətər Dövlətinin Doha şəhərində İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransı işə başlayıb. 

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə nümayəndə heyəti tədbirdə iştirak etmək məqsədilə sentyabrın 25-də Doha şəhərinə səfər edib. 

Adil Kərimli “İslam dünyasında mədəni fəaliyyətin yenilənməsinə doğru” mövzusuna həsr olunmuş 12-ci Konfransın açılış mərasimində iştirak edib. 

Builki tədbirdə mədəniyyət siyasəti üzrə əsas prinsiplər və davamlı inkişaf göstəriciləri, “İslam dünyasının mədəniyyət paytaxı” proqramının inkişaf etdirilməsi mexanizmləri, mədəni sərvətlərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahələrində birgə mədəni fəaliyyətin genişləndirilməsi kimi məsələlər müzakirə ediləcək. 
Konfransda həmçinin Azərbaycanın söz-sənət beşiklərindən Şuşa şəhərini 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı ölkəmizin təqdim etdiyi nominasiya sənədinə baxılması, Şuşa ilə bağlı çıxış və təqdimat nəzərdə tutulur. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin