Xəbər verdiyimiz kimi Qazax elinin tanınmış xeyriyyəçi və igid oğlu İsrafil ağa Kərbalayevin bir zamanlar yaşadığı ev baxımsızlıq üzündən dağılıb gedir. 100 ildən çox yaşı olan bu bina tarixi abidə kimi Mədəniyyət Nazirliyi tərəfindən qeydiyyata alınıb. Lakin son illər baxımsız qalan bina dağılmaq üzrədir.
Avqustun 23-də “Xeyirxahlığı və igidliyi nəsillərə örnək olan İsrafil ağanın tifağı dağılır - Kimdir günahkar? – FOTOFAKT” başlıqlı yazı ilə məsələni ictimailəşdirmişdik. Eyni zamanda, Mədəniyyət Nazirliyinə sorğu göndərmişdik.
Nazirlik Bizim.Media-nın sorğusuna cavab göndərib. Cavab məktubunda deyilir:
MÖVZU İLƏ BAĞLI:
Xeyirxahlığı və igidliyi nəsillərə örnək olan İsrafil ağanın tifağı dağılır - Kimdir günahkar? – FOTOFAKT
“Məlumat üçün bildiririk ki, Ağstafa rayonunun Qıraq Kəsəmənli kəndinin ərazisində yerləşən 20-ci əsrə aid yerli əhəmiyyətli memarlıq abidəsi İsmayıl ağanın evi (4075 inventar nömrəsi ilə) Dövlət Reyestrinə alınmışdır.
Qeyd edək ki, həmin abidə Mədəniyyət Nazirliyi üzrə 2024-2027-ci illər ərzində dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına bərpası nəzərdə tutulmuş layihələrin siyahısına daxil edilmişdir”.
Surxay Atakişiyev, Bizim.Media