Mərkəzi Elmi Kitabxana Kitab Festivalında öz nəşrləri ilə təmsil olundu - FOTO

Hazırda oxunan: Mərkəzi Elmi Kitabxana Kitab Festivalında öz nəşrləri ilə təmsil olundu - FOTO

140896

11 iyunda Bizim.Media-nın masasında II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) öz stendi ilə təmsil olunub.

Bizim.Media xəbər verir ki, sərgidə MEK-in fondlarındakı türkdilli ölkələrin dəyərli və maraqlı nəşrləri təqdim olub. 

Onların sırasında "Heydər Əliyev siyasəti: tarix və müasirlik", "Zəfər yolu.

44 günlük Vətən müharibəsi zamanı Prezident, Ali Baş Komandan İlham Əliyevin çıxışları, müsahibələri, tvitləri", İsa Həbibbəylinin " Molla Pənah Vaqif" və "Nizami Gəncəviyə fəxriyyə", İsa Həbibbəyli və İsmixan Osmanlının "Qabdulla Tukay və Azərbaycan", eləcə də "Azərbaycan yazıçıları XX-XXI yüzillikdə", Üzeyir Hacıbəylinin "Bayrağımız sarsılmaz",  "Türk dünyası Nevruz ansiklopedisi", "Atatürk ve modern Türkiye", "Dünya mirasında Türkiye", "Türkmenistan", "Türkmənlərin mənəvi dünyası", "Modern Kazakhstan" üç dildə, Şəmsəddin Kuzəçinin "İraq mətbuat tarixi (1869-2019)", Çingiz Aytmatov "Seçilmiş əsərləri", "Uzbekistan is our common home" özbək, rus və ingilis dillərində, Nihat Çetinkayanın "Kızılbaş Türkler. Tarihi, oluşumu ve gelişimi" və digərləri olub.

Sərgi iştirakçıları tərəfindən xüsusi maraq kəsb edən MEK-in təqdim etdiyi nəşrlər festivalın təşkilatçılarından olan Bizim.Media-nın stendində təqdim edilib.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin