Kitab festivalının 7-ci günü Macar ədəbiyyatına həsr olunub - FOTO

Hazırda oxunan: Kitab festivalının 7-ci günü Macar ədəbiyyatına həsr olunub - FOTO

140865

Bu gün "2-ci Türk Dünyası Ədəbiyyatı və Kitab Festivalı"nın sonuncu 7-ci günü başlayıb. 

Bizim.Media xəbər verir ki, rəqs qruplarının çıxışından sonra, səhnəyə Macarıstanın Azərbaycandakı səfiri Tamaş Yojef Tomar dəvət olunub. 

O, festival içtirakçılarını və qonaqları salamlayıb və nitqinə Azərbaycan dilində davam edib. 


Səfir bildirib ki, bu festival türk xalqlarının birliyinin və bərabərliyinin simvoludur. Tamaş Yojef istər mədəni sahədə, istərsə də, siyasi sferada türk xalqlarının daimi sıx əlaqələrə sahib olmasının vacibliyini vurğulayıb. 

Ardınca səhnəyə Macarıstandan olan qonaqlar Agnes Vajda, həmçinin Macar ədəbiyyatını türk dilində tərcümə edən, Balaj Söllöşi dəvət olunub. 

Xatırladaq ki, festivalın 7-ci günü Macar ədəbiyyatına həsr olunub.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin