“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununa və Nazirlər Kabinetinin “İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq fəaliyyət istiqamətləri üzrə hüquqi aktların qəbulunda, müvafiq fəaliyyət sahələrində ictimai nəzarətin təşkilində vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın formalaşdırılması üçün sənədlərin qəbuluna başlanılıb.
Bu barədə Bizim.Media-ya Mədəniyyət Nazirliyindən bildirilib.
İctimai Şuranın yaradılması Mədəniyyət Nazirliyinin fəaliyyətində şəffaflığın daha da artırılması, müvafiq sahədə ictimaiyyətlə qarşılıqlı fəaliyyətin gücləndirilməsini təmin etmək məqsədi daşıyır.
İctimai Şura mədəniyyət sahəsində müxtəlif məsələlərlə bağlı müzakirələr təşkil etmək, müvafiq sahədə dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı Mədəniyyət Nazirliyinə təkliflər vermək və qanunvericiliklə müəyyən edilmiş digər hüquqlara malik olan məşvərətçi qurum olaraq fəaliyyət göstərəcək.
İctimai Şura ictimai əsaslarla (ödənişsiz) fəaliyyət göstərəcək. Mədəniyyət sahəsində ixtisaslaşan hər bir Azərbaycan vətəndaşı İctimai Şuraya üzv seçilə bilər.
İctimai Şuraya seçkilərin təşkili məqsədilə Mədəniyyət Nazirliyinin dörd və mədəniyyət sahəsində ixtisaslaşmış vətəndaş cəmiyyəti institutlarının beş nümayəndəsindən ibarət Seçki komissiyası yaradılıb.
Seçki komissiyası tərəfindən İctimai Şura üzvlərinin sayı, namizədlərin, seçicilərin qeydiyyatı və digər təşkilati məsələlər barədə qərar qəbul edilib.
İctimai Şuraya namizədlərin qeydiyyatı iyunun 25-nə, seçicilərin qeydiyyatı isə iyulun 6-dək davam edəcək. İctimai Şuraya üzvlüyə namizəd şəxslərə və seçicilərə dair tələblərlə nazirliyin rəsmi internet saytının “Elanlar” bölməsində tanış olmaq olar.
Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
20:59 / 30.05.2023
Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya sənədlərin qəbuluna başlanılıb
Hazırda oxunan: Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya sənədlərin qəbuluna başlanılıb
Hazırda oxunan: Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya sənədlərin qəbuluna başlanılıb
138794
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.