Ədəbiyyat üzrə Buker Mükafatını Mərakeş əsilli yazıçı aldı

Hazırda oxunan: Ədəbiyyat üzrə Buker Mükafatını Mərakeş əsilli yazıçı aldı

137635

Bolqar nasir və şairi Georgi Qospodinov “Zaman sığınacağı” romanına görə ingilis dilində ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi olub.

Bizim.Media xəbər verir ki, bu barədə Londonda keçirilən mərasimdə münsiflər heyətinin sədri, Mərakeş əsilli fransız yazıçısı Leyla Slimani bildirib.

Mükafatı alan 55 yaşlı yazıçı romanını “yaddaş və zaman” haqqında hekayə adlandırıb.

Mükafatın qalibi 50 min funt sterlinq (62 min dollar) mükafat alacaq. Mövcud qaydalara görə, o, pul mükafatını amerikalı Angela Rodel tərəfindən hazırlanmış kitabın ingilis dilinə tərcüməçisi ilə bölüşməli olacaq. Bundan əvvəl bolqar dilində yazılmış kitab Buker mükafatına namizəd olmamışdı. Əsər Qospodinovun Böyük Britaniyada çap olunan ilk romanı idi.

Qeyd edək ki, mükafat 1969-cu ildə təsis olunub və iki ildən bir verilib. 2016-cı ildən isə mükafat hər il təqdim olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin