Azərbaycanlı rəssam sərgisiylə savaşa qarşı çıxdı - Ankarada

Hazırda oxunan: Azərbaycanlı rəssam sərgisiylə savaşa qarşı çıxdı - Ankarada

137320

Ankara Böyükşəhər bələdiyyəsi, Azərbaycan Rəssamlar İttifaqı və Uluslararası Aktivist Sənətçilər Birliyinin təşkilatçılığı ilə rəssam Nəvai Metin Məmmədoğlunun Türkiyənin Ankara şəhərində fərdi sərgisi açılıb. Ankara Böyükşəhər bələdiyyəsinin Qalereyasında baş tutan “Paletin Azəri rəngi”x9d adlı sərgi böyük maraqla qarşılanıb.


Sərginin açılışında ABB-nin xalqla əlaqələr şöbəsinin müdiri Mustafa Yıldız, Mədəniyyət nazirliyindən Şenel Gönen, ASKEF rəhbəri Savaş Ünal iştirak edib. Çoban Rəssam kimi tanınan  Süleyman Şahin, həmçinin, Yaşar Çallı, Teymur Ağalıoğlu, Hikmət Çetinkaya, Memik Kibarkaya, Derya Saatçıoğlu, Ferman Aydın, Demet Adalı kimi çox tanınmış sənətçilər də sərgini izləyənlər arasında olub.


Moderator.az-a açıqlamasında rəssam Nəvai METİN  qeyd edib ki, bu sərgisi dünyada baş verən savaşlara qarşı təşkil edilib: “Dünyadadkı bütün müharibələrin səbəbi mədəniyyətsizlikdir. Sərginin də əsas məqsədi odur ki, müharibələrə, pisliklərə ancaq sənətlə qalib gələ bilərik”x9d.


Rəssam sabah sərgidə canlı performans nümayiş etdirəcəyini də bildirib. Qeyd edib ki, sabah o, sərgi iştirakçılarının gözü qarşısında ATATÜRKün portretini çəkəcək. Və hər kəs bunu maraqla gözləyir.


Qeyd edək ki, azərbaycanlı rəssamın may ayının 17-də açılan sərgisi 24 may tarixinədək davam edəcək. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin