Martın 3-də mədəniyyət naziri Anar Kərimov və nümayəndə heyətinin üzvləri TürkiyədəTopqapı Saray Muzeyini ziyarət edib.
Mədəniyyət Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, burada Türkiyə Milli Saraylar İdarəsi başqanının müavini professor Əhməd Çapoğlu, Bərpa və konservasiya şöbəsinin müdiri Cem Eriş ilə görüş keçirilib.
MÖVZU İLƏ BAĞLI:
Anar Kərimov İstanbulda incəsənət xadimləri ilə görüşdü - FOTOLAR
Görüşdə Milli Saraylar İdarəsi ilə muzey sahəsində əlaqələrin qurulması, o cümlədən bərpa və konservasiya emalatxanaları vasitəsilə təcrübə mübadiləsinin aparılması, burada çalışan mütəxəssislərin azərbaycanlı həmkarları ilə təcrübələrini bölüşməsi məqsədilə təlim və treninqlərin təşkili barədə söhbət aparılıb.
Görüşdə həmçinin, “Nizami Gəncəvi İli” çərçivəsində 2021-ci ilin ikinci yarısında Bakıda Topqapı Saray Muzeyində qorunan “Xəmsə” motivləri üzrə çəkilmiş miniatürlərdən ibarət sərginin və 2022-ci ildə isə Topqapı Saray Muzeyində Azərbaycan mədəniyyətinə və tarixinə həsr olunmuş sərginin təşkil edilməsi ilə bağlı müzakirələr aparılıb.
Sonra A.Kərimov Topqapı Sarayı Muzeyində dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sinin motivləri üzrə çəkilmiş XV əsrə aid miniatürlərin xüsusi qapalı sərgisi ilə tanış olub. Buradakı qiymətli miniatür nümunələri barədə nazirə məlumat verilib.
Bizim.Media