Xalq yazıçısı Elçinin “Şekspir”x9d pyesinin İtaliya premyerasını təqdim olunub

Hazırda oxunan: Xalq yazıçısı Elçinin “Şekspir”x9d pyesinin İtaliya premyerasını təqdim olunub

136979
İtaliyanın Trani şəhərində Azərbaycanın Xalq Yazıçısı Elçinin “Şekspir”x9d pyesinin italyan dilində Avropa premyerası keçirilib. Əsər şəhərin ən baxımlı məkanlarından sayılan “Kastello svevo di Trani”x9d qalasında keçirilən Şekspir qalada”x9d festivalı çərçivəsində təqdim edilib.

Bu barədə  Azərbaycanın İtaliyadakı səfirliyindən məlumat verilib.

“L`Arte del Teatro”x9d xalq yazıçısı Elçinin “Şekspir”x9d pyesinin İtaliya premyerasını təqdim edilib.

Şekspirin vəfatının 2016-cı ilə təsadüf edən 400 illiyi ilə əlaqədar, onun həyat və yaradıcılığına həsr edilmiş qlobal tədbirlər dünyanın bir çox yerlərində keçirilməkdədir. 
9-26 may tarixlərində İtaliyanın Trani şəhərindəki “Castello Svevo di Trani”x9d qalasında keçirilən “Shakespeare in the Castle”x9d (Şekspir Qalada) adlı festival bu tədbirlərdəndir. Festival çərçivəsində 14 və 15 may tarixlərində Azərbaycanın görkəmli yazısı və dramaturqu xalq yazıçısı Elçin Əfəndiyevin “Şekspir”x9d pyesi italyan dilində “L`Arte Del Teatro”x9d tərəfindən Avropa premyerasi baş tutub. Pyesin quruluşçu rejissoru Patrizia Di Fulvio, festivalın rəhbəri tanınmış rejissor Gianpiero Borgiadır. Əsər italyan dilinə Margherita Cristiana tərəfindən tərcümə edilib. 

Tamaşada Guido Silveri, Castellano Gianluca, Francesco Persico, Valentina Caiano və digər aktyorlar iştirak edib. Tamaşa fərqli quruluşda izləyicilərə təqdim edilib. Belə ki, süjet xətti interaktiv şəkildə nümayiş olunub və seçilmiş məkan olaraq antik qala bütöv şəkildə istifadə edilib. Ənənəvi səhnə-zal formatından kənar, tamaşaçı ilə birbaşa təmasda nümayiş etdirilən bu pyesə böyük maraq göstərilib.

Qeyd edək ki, Elçinin “Şekspir”x9d pyesi dünyanın bir çox ölkələrində, o cümlədən İngiltərə, ABŞ, Türkiyə, Rusiya və digər ölkələrdə artıq səhnəyə qoyulub. 

Böyük uğurla keçirilmiş tamaşalar bir daha dünya ictimaiyyətinin Azərbaycanın zəngin ədəbi irsi ilə yaxında tanış olmasına öz töhfəsini verib, İtaliya mədəni aləmində böyük hadisəyə çevrilmiş və İtaliya mətbuatında geniş işıqlandırıb. 










© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin