"Ölməz Cəfər Cabbarlının muzeyimizdəki 16 eksponatı artıq işlənilmək üzrədir. Eksponatların hamısını bədii tərtibat verilməsi üçün Mədəniyyət Nazirliyinin Muzey eksponatlarının bərpası şöbəsinə təhvil vermişik".
Bunu Bizim.Media-ya Cəfər Cabbarlının Xızıdakı ev muzeyinin direktoru Həcər Rəsulova Beynəlxalq Muzeylər günü ilə bağlı deyib.
Onun sözlərinə görə, mədəniyyət naziri Adil Kərimlinin göstərişi ilə 2019-cu ildən təmirə dayanan muzeyin eksponatlarına bədii tərtibat verilməsi işlərinə başlanılıb. Artıq 16 eksponatdan 6-sı nümayiş edilmək üçün hazırdır və sabah paytaxtdan gətirilib muzeyə düzülməsi təmin ediləcək.
Qeyd edək ki, böyük dramaturq Cəfər Cabbarlının ata evində yerləşən muzeyin eksponatlarına bədii tərtibat verilməməsi məsələsini ilk olaraq Bizim.Media işıqlandırıb və yeni təyin olunan nazir Adil Kərimli sələflərindən fərqli olaraq məsələyə müsbət reaksiya verib.
Həcər Rəsulova bu gün muzeyin həyətində Beynəlxalq Muzeylər günü ilə bağlı Xızı sakinləri üçün maraqlı tədbir düzənləndiyini də bildirib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Mədəniyyət
17:46 / 18.05.2023
Cəfər Cabbarlının Xızıdakı ev muzeyi ilə bağlı xoş xəbər – FOTO
Hazırda oxunan: Cəfər Cabbarlının Xızıdakı ev muzeyi ilə bağlı xoş xəbər – FOTO
Hazırda oxunan: Cəfər Cabbarlının Xızıdakı ev muzeyi ilə bağlı xoş xəbər – FOTO
136709
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.