Akademik Milli Dram Teatrının aktyoru Elçin Əfəndi sosial və maddi vəziyyətinin aşağı olması ilə bağlı verdiyi açıqlamar gündəmə səs salıb.
Sözügedən məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı aktyorla əlaqə saxlayıb.
E.Əfəndi bildirib ki, Akademik Milli Dram Teatrının direktor əvəzi İlham Əsgərov onun evsizlik məsələsini həll etməyə söz verib:
“Evsizliyimə görə, ailəm yanımda deyil, Qaxdadır. Bu məsələmi ona görə ictimailləşdirdim ki, artıq tap gətirə, dözə bilmirəm. Çox əziyyət çəkirəm. Yumşaq desək, içimdən gəldi, bağırdım. Bu gün səhər saatlarında çalışdığım teatrın direktor əvəzi İlham Əsgərov məni yanına çağırdı. Dedi ki, ailəni Qaxdan yanına gətir. Bu yaxınlarda ailəmi Bakıya yanıma gətirəcəyəm. Buna görə isə İlham müəllimə təşəkkürümü bildirirəm”.
“İlham Əsgərov sizi evlə təmin edəcək?” sualına isə aktyor belə cavab verib: “Söylədi ki, ailəni yanına gətir, bir şey fikirlərşərik. Hər şey yaxşı olacaq”.
Rəşad Əliyev, Bizim.Media