Azərbaycan Dövlət Musiqili Teatrı Amerika Birləşmiş Ştatlarının məşhur “Company-E”x9d şirkəti ilə ortaq layihə kimi “Brodvey”x9d proqramının Azərbaycan versiyasını təqdim edəcək. Musiqili Teatrın Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, layihə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və ABŞ-ın ölkəmizdəki səfirliyinin təşkilati dəstəyi ilə baş tutacaq.
xa0“Company-E”x9d şirkətinin əməkdaşları ilə Dövlət Musiqili Teatrı kollektivinin ”“ xor, balet truppasının, orkestr və aktyor heyyətinin birgə məşqlərinə start verilib. Bu münasibətlə “Company-E”x9d şirkətinin rəhbər və yaradıcı heyətinin təmsilçiləri - Pol Qordon Emerson (produser), Amikaelya Qaston (produser, aparıcı ifaçı və vokalist, xor və vokal üzrə direktor), Qavin Stevart (rəqqas, ifaçı və dirijor, məşğələlər üzrə direktor), Vanessa Oven (rəqqas və ifaçı, məşğələlər üzrə direktor), Abi Lishart (rəqqas və ifaçı, məşğələlər üzrə direktor), Tami Hol (musiqi qrupu rəhbəri və dirijor), Robert Priori (xoreoqraf, rəqqas, müəllim), Kyoko Ruş (rəqqas) və Diana Amalfitano (rəqqas) Azərbaycana gəliblər.xa0
Dövlət Musiqili Teatrında qonaqları qarşılayan teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev iki ölkə arasındakı mədəni, siyasi dostluq əlaqələrindən danışaraq layihənin həyata keçirilməsi üçün hər bir şəraitin yaradıldığını bildirib. Sonra qonaqlar teatrın inzibati binası ”“ səhnə, tamaşa və məşq zalları ilə tanış olublar. Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil işləri üzrə Müşaviri xanım Emi Pitersen Musiqili Teatrda “Brodvey ”x9d komandası üçün yaradılmış yüksək şəraitə görə teatrın direktoru Əliqismət Lalayevə təşəkkürünü bildirib.
Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının “Company-E”x9d musiqi şirkəti 2011-ci ildən dünyanın bir çox ölkələrində müxtəlif mədəni layihələrlə çıxış edir. “Company-E”x9d-nin Dövlət Musiqili Teatrının kollektivi ilə birgə hazıladığı “Brodvey”x9d layihəsi 14 may saat 19.00-da, 15 may saat 16.00-da geniş tamaşaçı kütləsinə təqdim olunacaq. Giriş azaddır.




































































































