Leyla Şıxlinskaya: "Heydər Əliyev mənə dedi ki, sən çoxdan Xalq artisti adı almalısan" - VİDEO

Hazırda oxunan: Leyla Şıxlinskaya: "Heydər Əliyev mənə dedi ki, sən çoxdan Xalq artisti adı almalısan" - VİDEO

135037

“Heydər Əliyevlə ünsiyyət qurduğum anlar həyatımın bəlkə də ən xoşbəxt və əvəzolunmaz anlarındandır. O, təkrarolunmaz insan idi. Heydər Əliyevlə çox asanlıqla incəsənətdən, mədəniyyətdən danışmaq olardı. O, çox böyük siyasətçi idi. Ancaq mədəniyyət nümayəndələri ilə gözəl ünsiyyət qura bilirdi. İncəsənətin bütün sahələrindən xəbərdar olan şəxsiyyət idi”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Leyla Şıxlinskaya “ATV səhər” verilişinə müsahibəsində deyib.  

Ulu Öndər Heydər Əliyevdən söz açan sənətkar illər əvvəl ölkəmizə gələn balerina Maya Plisetskaya və violenç ifaçısı və dirijor Mstislav Rostropoviçlə Ümummilli Liderlə görüşündən olan xatirələri dilə gətirib: 

“Yadımdadır ki, ölkəmizə Maya Plisetskaya gəlmişdi. Görüş oldu. Heydər Əliyev məndən soruşdu ki, Maya xanım nə dərəcədə istedadlı balerinadır. Ona cavab olaraq söylədim ki, cənab Heydər Əliyev o sanki Rostropoviçdir. Çünki Rostropoviçi yaxşı tanıyırdı. Heydər Əliyev onu da ölkəmizə dəvət etmişdi. Ümumiyyətlə o, bu şəkildə hər kəslə yaxından maraqlanır, onu dərindən tanımağa çalışırdı. Hətta dahi siyasətçi balerinaların bir ayağı üstündə necə fırlanması və yıxılmaması ilə də maraqlanırdı”.

Xalq artisti Heydər Əliyevlə Moskvada “Malıy” teatrda “Hamlet” tamaşasını izlədiyini bildirib: 

“Yadımda deyil, neçənci illərdir... O zaman Moskvada təhsil alırdım. “Malıy” teatrında “Hamlet” tamaşası səhnələşdirilmişdi. Heydər Əliyev də həmin tamaşanı ailəsi ilə birgə izləmək üçün tamaşaçılar sırasında idi. O, həyat yoldaşı Zərifə xanım Əliyeva, oğlu İlham Əliyev və gözəllər gözəli Mehriban Əliyeva ilə birlikdə tamaşanı izləyirdilər. Heydər Əliyev səhnəni ön sırada və ya yuxarıdan oturub izləmirdi. O sadə vətəndaşlar kimi üç və ya dördüncü sıradan oturub tamaşanı izləyirdi. Mən də həmin tamaşanı izləyənlər sırasında idim. Tamaşadan çox Heydər Əliyevi izləyirdim”. 

L.Şixlinskaya bildirib ki, illər əvvəl Bakıda açdığı klinika Heydər Əliyevin iştirakı ilə baş tutub: 

“Çox təşəkkür edirəm ki, Heydər Əliyev mənə inandı, güvəndi və Bakıda klinika açmağıma icazə verdi. Mən balerinayam, Xoreqrafiya məktəbi və yaxud da kino ilə bağlı məkan açmaq istəsəm, bu çox anlaşılandır. Amma balerina, aktrisa klinika açmaq istəyir. Bunun üçün isə Heydər Əliyevin güvənini qazanmaq lazım idi.
Bu onun sözləridir, “Sən mənim güvənimi doğrultdun, Leyla”. Klinikanın açılışında Heydər Əliyevin özü də iştirak etdi. Lenti kəsdi, palataları gəzdi. Bunların hamısı çox normaldır. Amma bütün klinika çox təəccüb içərisində idi. O, bir-iki yerə əsas nəzər saldı. Onlardan biri isə mətbəx idi. O xəstələrə hansı yeməklərin bişirilib, veriləcəyinə diqqət yetirdi. İkinci baxdığı yer isə, yeni doğulan körpələrin otağı idi. O, bu iki məkana böyük həssaslıqla yanaşırdı. Heydər Əliyev hər şey ilə maraqlanan insan idi”. 

Aktrisa Ulu Öndərin onu Xalq artisti fəxri adla təltif edilməsindən fəxarət hiss ilə danışıb: 

“Məndən soruşmuşdur ki, sənin fəxri adın var? Mən də boyük fəxarət hiss ilə demişdim ki, bəli, Heydər Əliyev mən Əməkdar artistəm. Soruşdu ki, Xalq artisti deyiləsən? Cavab verdim ki, sənəd üzərində Xalq artisti deyiləm. Amma həyatda taksiyə əyləşən kimi, mənim kimliyimi bilən kimi məndən pul belə götürmürlər. Düşünürəm ki, artıq xalqın artisti olmuşam, kağızda isə buna ehtiyac yoxdur.

O xırda detalalları heç zaman unutmaram. Artıq Xalq artisti fəxri ad siyahısı hazırlanmışdı, möhürü ilə təsdiqlənmişdi. O qələmi götürüb, həmin kağızın yuxarı hissəsində yazdı “Şıxlinskaya”. Bu mənim üçün böyük fəxr idi. Dedi ki, “Arşın mal alan” filmində Gülçöhrə” roluna görə, sən çoxdan Xalq artisti adını almalısan. O, hər zamn mənim sənətimə, işlərimə xüsusi, böyük diqqət, qayğı  və nəvazişlə yanaşıb. Son olaraq bunu xüsusi vurğulamaq istəyirəm.
O, əsrlərin şəxsiyyəti idi. Necə ki, bir neçə adlar, soyadlar var. Ruzvelt və sairə dünyəvi şəxsiyyətlər, bax onlardan biri də Heydər Əliyev idi. İndi də İlham Əliyevdir. İlham Əliyev Heydər Əliyevin oğlu olaraq yox, ayrıca boyük bir sərkərdə olaraq. Çünki İkinci Qarabağ müharibəsi zamanı biz onun necə böyük şəxsiyyət və necə böyük bir siyasətçi olduğunu gördük”. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin