Qusar Dövlət Ləzgi Dram Teatrının dövlət sifarişi ilə realist dramaturgiyanın əsasını qoyan Mirzə Fətəli Axundzadənin "Molla İbrahim Xəlil kimyagər" pyesi əsasında "Hiylə və tamah" tamaşası hazırlanıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Mədəniyyət Nazirliyinin teatr sektorunun müdiri Vəfa Novruzova tamaşaya baxış keçirib.
O, səhnə əsərinin bəzi texniki çatışmazlıqlarını kollektivin diqqətinə çatdırıb.
Tamaşanın quruluşçu rejissoru Əliyar Əliyev, quruluşçu rəssamı Marina Qurbanova, musiqi tərtibatçısı Şaiq Qurbanovdur. Tamaşada səsləndirilən şeirlərin müəllifi isə Vəli Əkbərdir.
Göstərilən texniki qüsurlar aradan qaldırıldıqdan sonra tamaşa yaxın günlərdə Qusar tamaşaçılarına təqdim olunacaq.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu