Portuqaliyada Xocalı soyqırımı haqqında film çəkilib.
Bizim.Media APA-ya istinadən xəbər verir ki, “Original features” kino şirkəti tərəfindən çəkilən “Story of Khojali” filmində Xocalı soyqırımının dəhşətləri monoloq kimi təqdim olunur.
Filmin ssenari müəllifi və quruluşçu rejissoru həmyerlimiz Nadir Maçanovdur. Ekran əsərinin prodüseri portuqaliyalı rejissor, prodüser Andre Badalo, bəstəkarı Emil Həşimovdur.
Filmin musiqisində etnosəslərdən və milli musiqi aləti olan tardan istifadə olunub.
Filmin əsas rollarını aktrisalar Aygün Fətullayeva və Nətavan Abbaslı canlandırıblar.
Qeyd edək ki, “Story of Khojali” filmi Nadir Maçanovla Andre Badalonun ilk işi deyil. Onlar “Bakı, mən səni sevirəm” kinolayihəsində də bir yerdə çalışıblar.
Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
17:53 / 26.02.2021
Portuqaliyada Xocalı soyqırımı haqqında film çəkildi - VİDEO
Hazırda oxunan: Portuqaliyada Xocalı soyqırımı haqqında film çəkildi - VİDEO
Hazırda oxunan: Portuqaliyada Xocalı soyqırımı haqqında film çəkildi - VİDEO
13198
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.