Türkiyənin İstanbul şəhərində yerləşən “Oda”x9d teatrında yazıçı-dramaturq Firuz Mustafanın “Müqəvva”x9d pyesinin məşqlərinə başlanılıb.
Qeyd edək ki, monodram janrında yazılmış həmin əsər indiyəcən ölkəmizin bir çox teatrlarında öz uğurlu səhnə həyatını yaşayıb.
Qardaş Türkiyədə əsəri Kəmalə Kamalqızı (Nəbibəyova) hazırlayır. O, tamaşanın rejissoru və baş rolun ifaçısıdır. Kamalqızı Turan teleteatrinin rəhbəri, habelə Türkiyədə fəaliyyət göstərən Azərbaycan Barış Tv-də “A-dan Z-yə”x9d verilişinin aparıcısıdır.
Arayış üçün qeyd edək ki, “Oda”x9d teatrı 1990-cı ildən fəaliyyət göstərir. Bu sənət ocağında Kaan Erkam, Levent Tayman, Niyazi Gezer, Beste Hoşses kimi tanınmış sənətkarlar fəaliyyət göstərir. Teatrın həyatında maraqlı bir fakt da diqqəti çəkir: “Oda”x9d 48 saat ərzində oyun nümayiş etdirərək səhnədə qalan və bu cəhətinə görə dünya rekorduna sahib olan bir teatrdır.
Yeri gəlmişkən, onu da bildirmək istəyirik ki, bu günlərdə Firuz Mustafanın “Neytral zona”x9d adlı pyesi Dərbənddə yerləşən Azərbaycan Dövlət Dram Teatrında öz səhnə həllini tapıb.


































































































