Paytaxtda tarixi abidəyə qanunsuz müdaxilə OLUNDU - FOTO 

Hazırda oxunan: Paytaxtda tarixi abidəyə qanunsuz müdaxilə OLUNDU - FOTO 

130415

Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, 11 ünvanında yerləşən 3306 inventar nömrəli yerli əhəmiyyətli tarix-memarlıq abidəsinə müdaxilə olunub. 

Bu barədə Bizim.Media-ya Mədəniyyət Nazirliyinin mətbuat xidməti məlumat verib. 

Məlumata görə, tarixi abidə olan yaşayış binasında qanunsuz təmir işlərinin aparıldığı aşkar edilib. 
Müdaxilə faktının qarşısı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsi və Səbail rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən alınıb. 

Müdaxilə faktı ilə bağlı qanuna müvafiq tədbirlər görülməkdədir. 

Qeyd edək ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır. 
Həmin qanunun 25-ci maddəsinə əsasən abidələrin üzərində bərpa, konservasiya, təmir, rekonstruksiya, regenerasiya və digər işlər onların layihələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edildikdən sonra aparılır. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin