Namus üstündə Bakıdan gedən sənətkar...

Hazırda oxunan: Namus üstündə Bakıdan gedən sənətkar...

128024
xa0"Sərt Mixaylo siması heç vaxt dönüb lirik Məcnun ola bilməz", - dedilər. Rejissor inadından dönmədi, çünki seçdiyi aktyorun potensialını duyurdu. Söhbətin mövzusu nə Sovet İttifaqı Qəhrəmanıdır, nə xa0lirik qəhrəman. “Bu dəfə özüdür - Nodar Şaşıqoğlu”x9d. xa0

xa0
Əslən türk olan ata Şaşıqoğlu
xa0
xa0
Batuminin Türkiyə ilə sərhəd olan kəndində İzzət Rəcəb oğlu Şaşıqoğlu adlı bir keçmiş çar zabiti olub. Onun anası azərbaycanlı, atası acar, bir babası türk, nənəsinin biri rus imiş. Bu keçmiş rus zabitinin xanımı gürcü idi, onun anası rus, ata nənəsi tərəfdən turklərlə qarışığı vardı.xa0

Nodar bu ailədə dünyaya gəlib. xa0Repressiyaya uğramış məşhur Azərbaycan aktyoru Ülvi Rəcəb Nodarın əmisi idi.xa0

Nodarın atası 1914-cü ildə rus-türk müharibəsində vuruşan zaman Ülvi balaca imiş. Onun üstündə əsirmişlər ki, evin sonbeşiyi, həm də son ümididir. Sən saydığını say, gör fələk nə sayır. Bu qədər qorunan qardaş gənc yaşlarında repressiyaya uğraycaqmış. Tale...
xa0
Türk ola-ola rus ordusu tərəfdə vuruşmalı olan İzzət Şaşıqoğlu birinci və ikinci dərəcəli "Georgi" ordenli ştabs-kapitan idi. Kapitanın parlaq hərbi karyerası olub, Rusiyada vətəndaş müharibəsi gedən zaman istefaya çıxmışdı, nə "qırmızılar", nə də ağ qvardiyaçılar tərəfdə vuruşub. Sovet dövründə Stalin repressiyalarından onu xilas edən də elə bu fakt olub.xa0
xa0

Nadinc oğul Şaşıqoğlu

xa0
Nodar tək övlad olmasına rəğmən, atası onu ərköyün böyütmədi. Deyirmiş ki, əsil oğul böyütmək istəyirsənsə, ona düşmən kimi yanaş.xa0

Bununla belə atası Nodarın nadincliyinin qarşısını ala bilmirdi. Bu yerdə ağlıma nənələrin bir fikri gəlir - qanında o qədər millətin qarışığı olan adam bir yerdə otura bilər?

Elə bir gün yox idi ki, atasına Nodarın oxuduğu məktəbdən, ya hardansa şikayət gəlməsin.xa0

Balaca Nodar Sovet hökumətinin təhsilə xüsusi yer ayırdığı vaxtlarda oxudu. Dəcəlliyindən beş dəfə məktəbdən qovulub ayrı-ayrı məktəblərdə oxusa da, mükəmməl təhsil ala bilmişdi.xa0

Rus dili olimpiadalrının birində hətta birinci yeri tutmuşdu. Bütün Gürcüstanda rusca qiraət müsabiqəsində onunla bir sırada dayana bilən olmadı. Gözəl şeir deməyi də vardı Nodarın. Onu oxuduğu məktəbdən Ümumittifaq bədii qiraət müsabiqəsinə namizəd vermişdilər. Nodar da, müəllimi də əmin idi ki, o, birinci yeri tutacaq, amma”¦

Amma müharibə imkan vermədi. Həmin illəri Şaşıqoğlu ailəsi Tiflisdə yaşadı. Müharibə daha yarım il davam etsəydi, Nodar da müharibəyə gedəcək yaşına çatacaqdı.

xa0
Üç məktəbə qəbul olundu, birini seçdi, amma qovuldu

xa0
On yeddi yaşının tamamında atası Nodarı Moskvaya təhsil arxasınca göndərir. "Get, hansı sənəti istəyirsən seç, oxu, yetər ki, seçdiyin sənəti mükəmməl bil", - deyir.xa0

Nodar eyni vaxtda həm Teatr İnstitutuna, həm üç teatr-studiyası məktəbinə imtahan verir. xa0Belə ehtiyatlı iş tutur ki, heç olmasa, birinə qəbul olunsun. Tale elə gətirir ki, bütün imtahanlardan keçib sənədlərini verdiyi məktəblərin hamısına qəbul olunur. Seçim qarşısında qalanda evə, atasına zəng edir, qərara gəlirlər ki, Teatr İnstitutunda oxusun. Moskva kimi şəhər, rus qızları, yaraşıqlı yarı türk, yarı qafqazlı oğlan. Belə şəraitdə onu oxumadığına, dərsə getmədiyinə görə kim qınaya bilər? Ancaq nainsaf olan. Nəticədə 12 fənndən iki alan gənc, yaraşıqlı Nodar ali məktəbdən xaric edilir.xa0
xa0
Növbəti il Nodar yenidən, bu dəfə Şukşin adına Teatr Məktəbinə daxil olur. Elə orada oxuya-oxuya Vaxtanqov Teatrında işləməyə başlayır ki, başı işə, təhsilə qarışsın. Təyinatla Kiçik Teatrın aktyoru olmalıykən, Taqanqadakı teatrda işləməyə başlayan Şaşıqoğlu bir il keçməmiş orada darıxmağa başlayır.
xa0

Səbəbkar erməni qayınana idi
xa0

Amma bu bir il müddətində evlənməyə də vaxt tapmışdı. Qadın heyranlarının arsından seçdiyi qızın anası erməni idi. Olduqca qəşəng olan bu qız xüsusən baş rollarda oynayan aktyorun sevgisini qazana bilmişdi. Onun darıxmasının, yeni evləndiyi xanımından da ayrılmağının səbəbkarı erməni qayınanası oldu. Nodar Şaşıqoğlu evini də xanımına verib evdən də, işdən də çıxdı.xa0

Nodar Şaşıqoğlu ümumilikdə dörd dəfə evil olub, hər dəfə də evini növbəti xanımına verib, bir çemodanla çıxıb.xa0

Taqanka teatrında işlədiyi vaxtlardan artıq kinolara çəkilməyə başlamışdı. Məşhur kinorejissor Sergey Yutkeviç ilk dəfə onu "Böyük döyüşçü İsgəndər bəy" adlanan filmində Sultan Mehmet roluna çəkdi.xa0
Özü də əvvəlcə aktyordan soruşub ki, Türk sultanının rolunda oynaya bilərsən? Nodar Şaşıqoğlu - “Mənim əcdadlarım türk olub”x9d, - deyib.xa0

Film çəkilişindən sonra onun üzünə teatrın qapıları bağlandı, o vaxt teatr aktyoru filmə çəkilməməli idi. Ancaq zaman keçdi və Nodar Şaşıqoğlu yenidən Taqankaya dəvət olundu.xa0

xa0
Əlvida Moskva, salam Bakı

xa0
Həmin vaxt Bakıdan kinorejissor Rəşid Atamalıbəyov Taqankadakı tamaşalara baxmaq üçün gedibmiş. xa0Tamaşadan sonra Nodar Şaşıqoğlu ilə görüşən rejissor ona əsl tapıntı olduğunu deyib. Sovet İttifaqı Qəhrəmanı, azərbaycanlı Mehdi Hüseynzadə rolu üçün tapıntı.xa0

Təklif edən Mixaylo haqda çəkiləcək filmin ikinci rejissoru idi. xa0

Azərbaycanlı qəhrəman, baş rol... Şirinikləndirici təklif idi, amma bunun üçün Nodar Şaşıqoğlu Moskva həyatı ilə vidalaşmalı idi. xa0Razı oldu, çünki bu şəhərdə onun qohumları yaşayırdı, çoxdan gəlmək istədiyi, nədənsə onu hər zaman çəkən bir şəhər idi Bakı. Qohumu Mərziyyə Davudova da hələ sağ idi, ondan çox şeylər öyrənmək olardı. Anası da Bakıya vaxtaşırı gəlirdi. Bütün bunları düşünüb razılıq verdi.

Bu rola onlarca namizəd var idi. Dövrünün tanınmış aktyoru Möhsün Sənani də sınaq çəkilişində iştirak edirdi. Onda güclü komizm vardı. Mehdi Hüseynzadə rolu isə cidd simalı aktyor axtarırdı. Həm də ciddiliklə faciəvinin bir simada birləşməsi.xa0

xa0
Qadınlar onun əynindəki kostyumu cırıq-cırıq elədilər

xa0
Tofiq Tağızadənin "Uzaq sahillərdə" filmi Sovet İttifaqında o zaman kəşfiyyatçı haqqında çəkilən ikinci film idi. "Kəşfiyyatçının şücaəti" adlanan birinci filmdə məşhur aktyor Kadoçnikov çəkilmişdi. xa0"Uzaq sahillərdə" hər cəhətdən o filmi arxada qoya bildi. Daşkənd festivalında xa0film birinci yeri tutdu. Filmin nümayişindən sonra adamlar Nodar Şaşıqoğlunu Mixaylonun özüymüş kimi əlləri üstdə aparırdılar. Əynindəki xa0kostyumdan özlərində nə isə bir yadigar saxlamaq üçün hərə bir xa0kəsim götürməkdən onu cırıq-cırıq etmişdilər.xa0
xa0
Bundan sonra Nodar Şaşıqoğlu səkkiz il Bakıda yaşadı. Rejissor Məhərrəm Haşımov onu dəfələrlə Rus Dram Teatrında işləməyə çağırırdı. Hər dəfə imtina edirdi, çünki filmlərə çəkilirdi. 50-ci illərin sonu - 60-cı illərin əvvəllərində "Azərbaycanfilm"in ən parlaq aktyoru Nodar xa0Şaşıqoğlu idi. Eyni vaxtda iki-üç filmə çəkilirdi. Pula da pul demirdi. Bakının gözəl vaxtları idi. Ona Bakıda ev də vermişdilər, dövlət vermişdi. Bakının iki Mixaylosu vardı - biri müharibədə həlak olan, biri Nodar Şaşıqoğlu. Təkcə Mehdinin ailəsi yox, bütün Azərbaycan bunu belə qəbul eləmişdi.xa0
xa0
Küçədə onu "Mixaylo" deyib qucaqlayıb öpürdülər. Nodar Şaşıqoğlu bu şöhrətdən şaşırmırdı. Küçələrdə piyada gəzməkdən çəkinmirdi.xa0
xa0

Bakını namus üstdə tərk etməli oldu

xa0
O zamanlar Bakıda Rubinçik adında məşhur fotoqraf var idi. Dövlət tədbirlərinin hamısını, respublika rəhbərinin bütün səfərlərini o çəkərmiş. Nodar Şaşıqoğlu ilə də tanış imişlər, gediş-gəlişləri varmış. Fotoqrafın çox gözəl xanımı olub. Nodar Şaşıqoğlu ilə bu xanım elə ilk görüşdən bir-birilərinə aşiq olurlar. Bu sevgi Nodar Şaşıqoğlunun hesab etdiyi qədər də ötəri olmur, alovlanır, hisslərinə hakim ola bilmirlər. Bu həmin dövr idi ki, Nodar Şaşıqoğlu Lətif Səfərovun "Leyli və Məcnun" filmində Məcnun rolunda çəkilirdi.xa0
xa0
Həyatda yaşadığı sevgi filmdə onun gözlərində öz əksini tapır, Füzulinin misralarını qəlbindəki dəli, ümidsiz sevgi ilə alovlandıran Nodar Şaşıqoğlu sonralar bu rolu ən çox sevdiyi obraz adlandırıb: “Filmdə dəli insanın surətini yaratmamışam, məhəbbətin filosofunu oynamışam”x9d,- deyrdi.
xa0
Filmdən fərqli olaraq həyatda sevgisinə qovuşur. Qadınla evlənirlər. xa0Onun soyadı Şepeleva idi. Atası tanınmış idman məşqçisiydi. Respublikada bir çoxları bu izdivaca görə Nodar Şaşıqoğlu ilə xa0münaqişəyə girdi. Mentalitet, adət-ənənə, hamısı “baş rol”x9dda oldu. xa0Nodar Şaşıqoğlunun Azərbaycanda bütün yolları bağlandı, təbii ki, vəzifəli şəxslər tərəfindən. 70-80-ci illərdə belə rejissorlara icazə verilmirdi ki, Nodar Şaşıqoğlunu bir rola dəvət etsinlər. Məsələn, "Dədə Qorqud" filmində baş rola çəkilməli imiş. Həmin adam siyahıda onun adının üstündən qalın bir xətt çəkir, üstəlik Tofiq Tağızadəyə də gözlərini ağardır.xa0
xa0xa0
“Leyli və Məcnun”x9d filminin xa0Sankt-Peterburqdakı xa0səsləndirilməsi zamanı Azərbaycanın o vaxt əməkdar artisti Nodar Şaşıqoğlu möhtəşəm Aleksandrinsk Teatrında işə götürülür. Yenicə Məcnun rolundan çıxmış aktyor teatrda ilk dəfə Don Juanı oynayır. xa0
xa0
Sağlığında kişilərə belə də məsləhətlər verib: “Həyatda həmişə Don Juan olmuşam. Amma həyatda mənim kimi Don Juan kişilərin heç birinə arzu etmirəm ki, günlərin bir günü dönüb Məcnun olsunlar. Bu fəlakətdir. Görün, məcnunluğuma nələri qurban verdim?.. Mən bütünlüklə Bakı həyatımı, kino yaradıcılığımı məhəbbətimə qurban verməli oldum.
xa0
Bakı ilə uzun müddətə vidalaşdım. Yalnız teatrın qastrol səfərləri ilə neçə ildən bir bura gəlirdim. Yadıma gəlir, Aleksidzenin tamaşaya qoyduğu "Antiqona" və "Günün gur vaxtı" ("Ças pik") tamaşalarıyla bura gəlmişdim. Çox uğurlu tamaşalar idi. Biri klassik yunan faciəsi, digəri müasir psixoloji dram. Qastroldan savayı, bəzən həyat yoldaşımın burdakı işləriylə əlaqədar Bakıya bir neçə günlüyə gəlməli olurdum. Bunlara baxmayaraq, Bakı mənim üçün onda keçmiş idi. Artıq Peterburq həyatımı yaşayırdım. Əvvəlki xasiyyətimdə qala-qala”x9d (El jurnalı).xa0
xa0
Xasiyyətindən özü də şikayətçi olub. Növbəti dəfə ailəsindən ayrıldı. Onun üçün öz ərini, hər şeyi qoyub gedən xanımına evini verib çıxdı. Bakıdakı mənzilini isə onun atasına bağışlamışdı.xa0
xa0
Onu Aleksandrinsk Teatrından üç dəfə xaric ediblər. Sonra yenə teatra qəbul etdilər. Xaric olmağının səbəbi isə tez-tez fərdi yaradıcılıq səfərlərinə çıxmağı, xaltura ilə məşğul olmağı idi. Həm pul qazanmalı idi, həm də yeni münasibətlər axtarırdı, darıxırdı.xa0

Bakı isə onun üçün böyük xa0məna kəsb edirdi. Ömrünün sonlarında yenə bura - Bakıya qayıtdı. Bura onun sevdiyi, onu sevənlərin çoxluq təşkil etdiyi şəhər idi.xa0

Azərbaycan teatrını da çox sevirdi. Bütün filmlərdə onun səsi olan Əli Zeynalov və özü xasiyyətdə xa0Eldəniz Zeynalovla dostluq edərdi. Hər ikisinin dəfnində də Bakıya gəlib. Barat Şəkinskayanı sevərdi, hər gəlişində onunla görüşə can atarmış. Bir dəfə özünü saxlaya bilməyib onu sevdiyini deyib. Barat Şəkinskaya gülümsəyib ona - "eyni sözləri əmin Ülvi də deyib mənə", - deyə etiraf edib.
xa0
Sonuncu sevgisi Rusiyada özündən 25 yaş kiçik bir qız oldu, evləndilər. Fürsət tapan kimi ona xəynət edən bu qadını da Nodar Şaşıqoğlu bir ev hədiyyəsi ilə buraxır.xa0

Bakıya qayıdandan sonra Rus Dram Teatrında fəaliyyətə başlayan aktyor bir gün rejissor Aleksandr Şarovskinin kabinetinə girib: “Cənab rejissor, mənim üçün "Kral Lir" tamaşasını qoy, Kral Liri oynayıb teatrın və dünyanın qapısını arxamca örtüb gedim”x9d, - deyir.xa0
xa0

Dünyanıı işinə, möcüzəsinə bax, İlahi. Elə də oldu.xa0

xa0
Bakıya qayıdandan sonra, (elə bil ölməyə gəlmişdi) Heydər Əliyevin ona bağışladığı mənzilində uzun müddət xəstə yatdı. Moskvadan dörd arvaddan qalan iki oğlundan biri gəlib onun yanında qalırdı. xa0Oğlanlarının ikisinin də adı Nodardır, çünki hər ikisi o, onların anasını qoyub gedəndən sonra dünyaya gəlib. Anaları da onun adını oğlanlarına verib.xa0

Özündən sonra yer üzündə iki Nodar Şaşıqoğlu, bir də yüzlərlə yaratdığı obraz qoyub getdi.(Ramilə Qurbanlı, "33 pərdəli dram" kitabından)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin