Bakıda memarlıq abidəsinə qanunsuz müdaxilənin qarşısı alındı – FOTO

Hazırda oxunan: Bakıda memarlıq abidəsinə qanunsuz müdaxilənin qarşısı alındı – FOTO

126672

Bakı şəhəri Səbail rayonu Mehdi Hüseyn küçəsi 75 ünvanında yerləşən yerli əhəmiyyətli memarlıq abidəsində (inv. 3369) bayram günlərində aparılan qanunsuz müdaxilənin qarşısı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən alınıb.  

Bu barədə Bizim.Media-ya Mədəniyyət Nazirliyindən məlumat verilib. 

Məlumatda, aparılan işlər dayandırıldığı bildirilib. Qanunvericilik çərçivəsində atılacaq addımlar barədə əlavə məlumat veriləcəkdir. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin