Müəllif hüquqları obyektlərinin qeydiyyatı və reyestrə daxil edilməsi üzrə 2020-ci ildə 233 müəllifin 454 əsəri qeydiyyatdan keçirilib, əsərin qeydiyyatı haqqında 468 şəhadətnamə verilib.
Bizim.Media xəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyinin 2020-ci ilin yekunları üzrə hesabatında bildirilib.
MÖVZU İLƏ BAĞLI:
Dünyanın ən böyük kitabxanası - 201 km-lik kitab rəfləri - FOTOLAR
O cümlədən “Elektron xidmət” bölməsi vasitəsi ilə 91 müəllifin 192 əsəri qeydiyyatdan keçirilib və əsərin qeydiyyatı haqqında 197 şəhadətnamə verilib, 23 müqavilə qeydiyyatdan keçirilib.
Əsərlərin rəsmi qeydiyyatının tətbiq edildiyi 1996-cı ildən 2021-ci il 1 yanvar tarixinədək Agentlikdə bütövlükdə 13410 əsər və əlaqəli hüquqların obyektləri, o cümlədən “Elektron xidmət” bölməsi vasitəsi ilə 199 müəllifin 416 əsəri qeydiyyatdan keçirilib.
Bizim.Media