Məşhur “Yol əhvalatı”x9d kinokomediyası necə yarandı? - VİDEO

Hazırda oxunan: Məşhur “Yol əhvalatı”x9d kinokomediyası necə yarandı? - VİDEO

126156
1981-ci ildə rejissor Teymur Bəkirzadə tərəfindən lentə alınan və bu gün də hamı tərəfindən gülüşlə izlənilən məşhur “Yol əhvalatı”x9d filminin qəribə yaranma tarixçəsi var. Filmin sonlarında təyyarənin yolun ortasına düşməsi və Mustafanın sürdüyü yük maşını ilə toqquşması yəqin ki, hamımızın yadındadır. Həmin epizodda da komik replikalar zəngindir: “qaynanama kalqotka alacağdım”x9d deyən təyyarə pilotuna milis serjantının “gərək bir tin o yana düşəydin, təzə univermaq açıblar”x9d deməsi, Eldəniz Zeynalovun ifa etdiyi şikayətçinin dediyi “əvvəl elə bildim qonşumdu, bir az vurandu”x9d və s.xa0

Moderator.az Ulduzə Qaraqızının “Azərbaycan filmlərinin yaranma xa0tarixindən”x9d kitabına və Mədəniyyət kanalının adı çəkilən film haqqında hazırladığı buraxılışa istinad edərək “Yol əhvalatının yaranma tarixini diqqətə çatdırır:

Sən demə, həqiqətən də belə bir əhvalat baş verib. Filmin ssenari müəlllifi Asim Cəlilov Qəzənfər Musabəyov küçəsində şahidi olduğu hadisəni əvvəlcə hekayəyə, sonra isə filmə çevirib:

“O illərdə mən Q. Musabəyov küçəsində yaşayırdım. Günlərin birində səhər çağı həmin ərazinin açıq sahəsində təyyarənin maşınla toqquşmasının şahidi oldum. Təsəvvür edin ki, təyyarə göydə uçduğu zaman necəsə yerə düşüb, yük maşını ilə bir-birinə dəyib. Bu olanlar adamı təəccübləndirməyə bilməzdi. Hətta “QAİ”x9dnin hadisə yerinə gələrək baş verənləri araşdırması və sonda da maşın sürücüsünü günahlandıraraq “sən maşını düzgün idarə etsə idin, o zaman təyyarə qəzaya uğramazdı”x9d deməsi nə qədər ciddi idisə bir o qədər də yumor hiss yaradırdı. Gördüyüm hadisəni bir qədər də genişləndirərək ssenari yazdım".xa0

O zaman Azərtac”x9d-ın baş redaktor müavini olan A. Cəlilovun gördüyü hadisədən yazdığı ssenari kinostudiyanın bədii şurası tərəfindən qəbul edilir.xa0

Elmin Nuri
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin