“Mən ömrümün yarısını öz içimdə keçirdim”.
Bu sözlər Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı, görkəmli ədib və ictimai xadim Anar Rzayevə məxsusdur. Öz dəsti xətti, zəngin fəaliyyəti, yaradıcılığı, müdrikliyi və fərqli xarakteri ilə seçilən yazıçımızın 85 yaşı tamam olur.
Bizim.Media yazıçı Anarla doğum günüdə həmsöhbət olub. Onunla müsahibəni təqdim edirik:
- Anar müəllim, ilk olaraq yubleyiniz münasibəti ilə sizi təbrik edirik. 85 illik ömrünüzün hesabatını versəydiniz, necə düşünürsüz, Anar müəllim bu ömrü necə yaşadı?
- 85 İllik ömrü 15 dəqiqədə necə hesablamaq olar? Qısa müsahibəlrdə hər eyi danışmaq olmur. Yaşamışam, bacardığımı etmişəm, yazmışam. Çalışmışam ki, faydalı bir iş görüm.
- Kimləri daha çox xatırlayırsınız? Ömrünüzdə öz dəsti xətti ilə keçmiş kimlər sizinçün daha unudulmazdı?
- İndi elə yaşımdır ki, daha çox xatirələrlə yaşayıram. Təbii ki, valideynlərimi və mənə əziz olan insanları, Ulu öndər Heydər Əliyevi çox tez-tez xatırlayıram. Çünki o, mənim həyatımda müstəsna bir rol oynayıb. Yazçı, bəstəkar, rəssam, rejissor, aktyor dostlarımı da xatırlayıram. Xatırladığım adamlar daha çoxdur, nəinki indi ünsiyyətdə olduğum adamlar...
- Beşmərtəbəli evin neçənci mərtəbəsində özünüzü daha xoşbəxt hiss etmisiniz?
- 6-cı mərtəbədə...
- Məlum mübahisələrdən çıxış edərək, belə bir sual vermək istərdim, Anar müəllim özünü ən çox şəhər uşağı sayır, yoxsa kəndli balası?
- Təbii ki, mən şəhərdə doğulmuşam və bütün ömrümü şəhərdə yaşamışam. Başqa ölkələrdə də, məsələn Rusiya və Türkiyədə də şəhərdə yaşamışam. Əlbəttə ki, kəndlərə, rayonlara gedirəm. Azərbaycanın demək olar ki, bütün rayonlarında olmuşam. Amma özüm şəhərliyəm. Bəhramın dedikləri ilə tanış deyiləm, əlavə heç bir şərh verə bilmirəm.
- 1500 illik Azərbaycan ədəbiyyatını dünya ədəbiyyatına fokuslasaq bu gün də daxil olmaqla kimlər gözə görünür?
- Məncə, Azərbaycan ədəbiyyatını 1300 il götürmək lazımdır və ən böyük ədəbi abidəmiz “Kitabi Dədə Qorqud”dur.
- Gənc yazarlardan kimləri oxuyursuz və hesab edirsiz ki, onlar ədəbiyyatla məşğuldurlar?
- Ad çəkməyəcəyəm. Çünki kimisə qeyd edə, kimi isə unuda bilərəm. Oxuyuram, bəyənirəm. Lazım olanda və özləri istəyəndə məsləhətlər verirəm. Bəziləri haqqında yazıram.
- Anar müəllim indi nə yazır? Sizdən yeni romanın sorağını ala bilərikmi?
- Hazırda böyük bir kitab yazıram. “60-cılar və 60 ilin ədəbi həyatı” kitabını bitirmək üzrəyəm.
- Oxucularınıza sözünüz varmı?
- Oxuculara arzu edirəm ki, oxucu sözünü doğrultsunlar. Yəni oxusunlar..
Alçina Amilqızı, Əfqan Pənahoğlu, Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
12:06 / 14.03.2023
“Özümü altıncı mərtəbədə daha xoşbəxt hiss edirəm” – Yazıçı Anarla VİDEOMÜSAHİBƏ
Hazırda oxunan: “Özümü altıncı mərtəbədə daha xoşbəxt hiss edirəm” – Yazıçı Anarla VİDEOMÜSAHİBƏ
Hazırda oxunan: “Özümü altıncı mərtəbədə daha xoşbəxt hiss edirəm” – Yazıçı Anarla VİDEOMÜSAHİBƏ
125419
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.