Ölkə başçısının 18 may 2009-cu il tarixli 277 nömrəli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan teatrı 2009-2019-cu illərdə”x9d Dövlət Proqramının icrası, Azərbaycan teatrının dünya mədəniyyətinə inteqrasiyası, milli teatr sənətinin inkişafının təkmilləşdirilməsi və istedadlı gənclərin xarici dövlətlərdə məqsədli təhsilinə şərait yaradılması üçün Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yeni layihənin icrasına başlanılacaq.xa0
Moderator.az adı çəkilən nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, xa0Rusiyanın dünyaca məşhur Yevgeni Vaxtanqov adına Dövlət Akademik Teatrı nəzdində Boris Şukin adına Teatr İnstitutunda Azərbaycan Respublikası üçün məxsusi hədəf kursularına tələbə qəbulu keçiriləcək. Bu barədə tərəflər arasında müqavilə artıq imzalanıb.xa0
Kursun rəhbəri Rusiyanın Əməkdar incəsənət xadimi, psixologiya elmləri namizədi, professor Mixayıl Borisoviç Borisovdur.xa0
Qəbul əsasən iki ixtisas istiqaməti üzrə müəyyənləşdirilib:
Dram teatrı və kino artisti ”“ qəbul sayı 15 nəfər (təhsil müddəti - 4 il);
Teatr rejissorluğu ”“ qəbul sayı 5 nəfər (təhsil müddəti ”“ 5 il).
İnstituta qəbul 2016-cı ilin iyul ayında Moskvadan dəvət olunan peşəkar şəxslərdən ibarət xüsusi imtahan komissiyası tərəfindən həyata keçiriləcək.
Qəbul olunan şəxslərin illik təhsil haqqı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ödəniləcəkdir.xa0
Qəbulla bağlı ətraflı məlumat üçün Azərbaycan Teatr Xadimləri İttifaqına müraciət etmək olar.
Elmin Nuri































































































