"Ucqar kəndlərdə kitabxanaların və orada 20 min kitab fondunun olduğu deyilir, amma baxırsan ki, heç 2 min kitab yoxdur. Kənddə yaşayan əhalinin həmin kitabları oxuyub-oxumaması sualına cavab tapmaq lazımdır. Rayonlarda, ucqar kəndlərdə 7 minə yaxın mədəniyyət müəssisəsi var. Mədəniyyət müəssisələrində çalışan və büdcədən əmək haqqı alan 30 min işçinin hamısı yerlərdədir".
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsi ilə Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyinin təşkil etdiyi birgə ictimai dinləmələr zamanı mədəniyyət nazirinin birinci müavini Adil Kərimli deyib.
Onun sözlərinə görə, bu sahədə çox ciddi problemlər var və ciddi işlərin görülməsi önəmlidir:
“Bəlkə bu yükü azaldıb mədəniyyətin zəruri olan sferasına yönəldə bilərik. Mətbuatda da haqlı olaraq qeyd olunur ki, tarixi mədəni abidələrimiz təhlükədədir. Bu gün 6308 tarixi mədəni abidəmizin 4000-ə yaxını məhz nazirliyin nəzarətindədir.
Təbii ki, həmin abidələrə mütəmadi şəkildə investisiya ayrılır. Bu gün işğaldan azad olunmuş ərazilərdə 700-800 tarixi mədəniyyət abidəsi qeydiyyata alınıb və proses davam etdirili. Onların bərpasına da ciddi ehtiyac var”.
Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
13:54 / 28.02.2023
Qarabağda 800 tarixi abidə qeydiyyata ALINIB
Hazırda oxunan: Qarabağda 800 tarixi abidə qeydiyyata ALINIB
Hazırda oxunan: Qarabağda 800 tarixi abidə qeydiyyata ALINIB
122997
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.