Teleaparıcı filmə çəkilir

Hazırda oxunan: Teleaparıcı filmə çəkilir

122900
Tanınmış teleaparıcı və aktrisa Aydan Axundova "Həddən artıq uyğunluq" adlı filmdə çəkilir.

“Qafqazinfo”x9d xəbər verir ki, Aktrisa filmdəki rolu haqda Milli.Az-a danışıb: “Filmdəki rolum müsbət bir obrazdır. Obrazım iş həyatında nə qədər uğurlu, sərt və doğru qərar verməyi bacarırsa, sevgi məsələlərində bir o qədər təcrübəsiz, saf, tez aldanan insandır. O həyatın təsadüflərdən yox, doğru qərarlardan asılı olduğunu düşünür. Elə məhz təsadüf nəticəsində okeanın o tayında yaşayan bir insanla tanış olur və həmin insanla eyni həyatı yaşadığını anlayır. Tərəf müqabilim aktyor və teleaparıcı Tural Əsədovdur. Filmdə Elnur Kərimov, Mirsalam, Kamran Ağabalayev, Afaq Bəşirqızı və s. məşhurlar çəkilir".

Qeyd edək ki, filmin rejissoru Ülviyyə Könül, operatoru Nadir Mehdiyevdir. Filmin bir çox səhnələri Nyu Yorkda çəkilir. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin