Moderator.az xa0saytının müsahibi ömrünü Azərbaycan kino sənətinə həsr edən aktyor-rejissor Ənvər Həsənovdur. Bir zamanların ən çox sevilən aktyorlarından biri olan Ənvər Həsənov tamaşaçıların yaddaşında daha çox Murad (“Uşaqlığın son gecəsi”x9d) , Cəlal (“Yeddi oğul istərəm”x9d), Şahbaz ( “Dərviş Parisi partladır”x9d) rolları ilə qalsa da ümumilikdə 50-dən artıq filmdə çəkilib. Bu gün də az qala bütün ömrünü hədiyyə etdiyi Cəfər Cabbarlı adına “Azərbaycanfilm”x9d Kinostudiyasında çalışır.xa0
- Ənvər müəllim, bir zamanların demək olar ki, ən çox sevilən aktyoru siz idiniz. Nə üçün xa0sonradan bütün ömrünüzü bu gün fəaliyyəti o qədər də hiss olunmayan kinostudiyaya qurban verdiniz?
- İndi bəlkə də, peşmanam ki, həyatımı Azərbaycan filminə, kinostudiyaya qurban vermişəm. Amma “Azərbaycanfilm”x9d mənim əqidəmdir. Mən bu gün də ordayam və orada olmalıyam da. 1974-cü ildə hərbi xidmətdə oldum. “Spesnas”x9dda qulluq etdim. Xidməti başa vurandan sonra “KQB”x9d məni sistemdə saxlayıb vəzifə, rütbə vermək istədi. Amma qarşıma şərt qoydu ki, bu elə bir işdir ki, sən artıq filmə çəkilə bilməzsən. Mən də onu qəbul etmədim.xa0
- Yenidən kinoya qayıtdınız. Nə səbəb kinodan uzaqlaşa bilmədiniz?
- 1974-cü ilə qədər 10 filmə çəkilmişdim. Azərbaycana ilk beynəlxalq kino mükafatlarını gətirənlərdən biri də mən olmuşam. “Uşaqlığın son gecəsi”x9d filmindəki Murad, “Yeddi oğul istərəm”x9ddəki Cəlal rollarına görə. “Yeddi oğul istərəm" dünyanın 98 ölkəsində nümayiş olundu. Hər bir ölkə bu filmi alırdı. Mənə də o filmdəki roluma görə beynəlxalq mükafat verdilər. xa098 ölkədə çəkildiyim filmi göstərdilər. Deyərdim ki, məni dünya kinematoqrafiyası yaxşı tanıyırdı.
Bütün bu işlərə, uğurlara görə kinodan gedə bilməzdim. Yenidən kinostudiyaya qayıtdım. Həyat məni məcbur etdi ki, özümü kinoya qurban verim. Böyük sənətkar, SSRİ xalq artisti Adil İsgəndərov o vaxt kinostudiyanın nəzdində aktyorluq kursları açmışdı. Mən də ora getdim. 80-ə yaxın namizədin içindən seçildim. 1963-cü ildən burada işləyirəm. İlk olaraq Arif Babayevin “İnsan məskən salır”x9d filmində rejissor köməkçisi kimi çıxış etdim. Kinoya və kinostudiyaya bağlılığım elə o vaxtdan yarandı. Ömrümü bu sənətə həsr etdim. Kino bir xalqın güzgüsüdü, görən gözüdü. Bu gün də tamaşaçılarımın, kinosevərlərin mənə olan sevgisi çoxdu. Elə bu sevgiyə görə də kino mənim əqidəmə çevrilib.xa0
- Amma indi kinostudiya əvvəlki kimi məhsuldar fəaliyyət göstərmir. Bu bir aktyor və rejissor kimi sizin və başqalarının fəaliyyətinə nə dərəcədə mənfi təsir edir?
- Vaxt olub ki, biz ilə 12 film təhvil vermişik. Amma sonradan kinostudiyanın məhsuldarlığı azaldı. Sovet dağıldı, müstəqilliyin ilk illərində vəziyyət çox çətin idi. Bu özünü filmdə də göstərirdi. Sovetin sonlarında rəqəm azaldı. İndi də ildə bir-iki film təhvil verilir. Amma inanıram ki, məhsuldarlıq artacaq. Belə olanda rejissorların, aktyorların özlərini sübut etmək xa0imkanları çoxalır.xa0
- Kinostudiyanın ümumiyyətlə, "Azərbaycanfilm”x9din gələcək prespektivini necə görürsünüz?
- Bir neçə il bundan əvvəl ölkə prezidenti kinostudiyanın yenidən rekonstruksiya olunması barədə qərar verdi. Prezident əmr veribsə deməli, məsələ öz həllini tapacaq. Yeni avadanlıqlarla təmin olunmaq, rekonstruksiya edilməsi məsələləri gündəmdə var. Amma hələ ki, gözləyirik və buna inanırıq Azərbaycan xalqının həyatında bu kinostudiya mütləq olmalıdır.xa0
xa0
- Siz bu kinostudiya sərhədlərini çoxdan aşa bilərdiniz. Xarici aktyor və rejissorlarla yaxşı əlaqələriniz var idi. Amma bu gün də ordasız və əməkdar artistsiniz...
- Mən xa0əməkdar artistəm. Amma bütün tamaşaçılar məni xalq artisti kimi tanıyır. Dünyanın ayrı-ayrı ölkələrində, beynəlxalq festivallarda çox yaxşı qəbul olunmuşam. O ölkələrin hər birində dostlarım var. Türkan Şoray, Kadir İnanır, Fatma Girik, Pyer Reşar, Mixalkov xa0kimi çox tanınan aktyor, rejissorlarla dostluq əlaqələrim var. Təbii ki, onların sayı çoxdur. Amma hamısını sadalayıb, vaxtınızı almaq istəməzdim. Bəziləri mənim bağımda qonaq da olublar.
- Bu gün televiziyalarda serial bumu yaşanır. Sizi nədən o seriallara dəvət etmirlər? Yoxsa özünüz getmirsiz?
- Bəli, dəvət aldığım seriallar olub. Amma özüm getməmişəm, imtina etmişəm. Məni qane etməyən səbəblər var idi. Həm də mən peşəkar kino aktyoruyam. Peşəkar kino ilə xa0televiziyada çəkilən serialı, filmi bir etmək olmaz. Həm də mən onların rejissurasını qəbul edə bilmirəm. İnsan gərək öz sənətinə, özünə qiymət versin. Mən peşəkar kino ustasıyam. Dostlarıma xa0da demişəm xa0 ki, mənim meyitim ancaq kinostudiyadan çıxmalıdı. 66 yaşım var. 51 ildir ki, burada çalışıram. Çox doğmadır mənə.
- Amma hamı sizi gənc Murad və Cəlal kimi tanıyır...
- Biz artıq yaşlı nəsil sayılırıq. Cavanlara yerimizi verməyə hazırıq. Amma gərək onlar da bilsinlər ki, bizim onlara verdiyimiz təcrübəni, dərsləri kimsə onlara verə bilməyəcək.
Elmin NURİ































































































