Moderator.az saytının bu dəfəki müsahibi Azərbaycanın ilk şoumeni, estradaşünas ”“alim, fəlsəfə doktoru Qorxmaz Əlilicanzadədir.
- Tanınmış sənətşünas, professor İlham Rəhimli Moderator.az-a verdiyi müsahibəsində Azərbaycan estrada teatrının durumundan danışıb. Belə bir cümlə də işlətmişdi: “Azərbaycanda son 30-35 ildə estrada janrı yarandı. Onun ilklərindən olan Qorxmaz Əlilicanzadə əsl şoumen idi, estrada teatrının estetikasına yaxşı bələd idi. Təssüflər ki, bu istiqamətdə fəaliyyətini davam etdirmədi”x9d. Qormaz müəllim, əvvəlcə ondan başlayaq ki, siz gözəl bildiyiniz bu istiqaməti niyə davam etdirmədiniz?
- Əvvəlcə mən istərdim ki, mənim ünvanıma söylədiyi xoş sözlərə görə, çox hörmətli, dəyərli alimimiz, sənətşünaslıq doktoru, professor İlham Rəhimliyə öz minnətdarliğımı bildirim. 1970-80-cı illərdə İlham müəllim özünün qərəzsiz, sərt tənqidləri ilə həmişə gündəmdə olub. Bu tənqidlərin çox böyük əhəmiyyətləri var idi. Aktyorlar, rejissorlar, dramaturqlar teatrşünas tənqidindən çəkinərək, bir tələbkarlıq hiss edirdilər. Elə bil onlar həm tələbkar tamaşaçılar, həm də tələbkar teatrşünas qarşısında cavabdeh olub məsuliyyət daşıyırdılar. Heç kim də düzgün, peşəkar tənqidindən incimirdi. Son 15 ildə vəziyyət çox dəyişib. İndi nəinki, tənqid, heç dostcasına tövsiyə də edə bilmirsən. Mən kimisə tənqid etsəm və ya məsləhət versəm belə, cavabı o olacaq ki, “Qorxmaz biz cavanlara paxıllıq edir, gözü götürmür, özü sənətdə nə edib ki? Onun qatarı çoxdan gedib”x9d. Dediklərimlə üzləşdiyim üçün bunları söyləyirəm. İlham müəllimə belə sözlər deməyəcəklər, çünki, sırf sənətşünasdı, nə aktyordu, nə rejissordu, nə də dramaturq. Amma, peşəkar tənqidçi olduğu üçün, hamısından çox bilir. 10 il bundan əvvəl “Tək səbir”x9d verlişinin ünvanına tənqid yox, sadəcə fikirlərimi və məsləhətimi söylədim. Dedim ki: "İstedadları var, amma onlar özfəaliyyət səviyyəsindədirlər. Yaxşı olardı ki, peşəkar rejissor-aktyora müraciət etsinlər, onlar cavanları yetişdirirb peşəkar səviyyəyə çatdırar”x9d. İştirakçıların hamısı mənimlə düşmən oldular və mediada ünvanıma əvvəl dediyim “gözəl təriflər”x9d yazdılar. Sözlərindən belə çıxdı ki, Qorxmaz sənətdə kimdi ki... “Loto verilişində torbadan daş çıxardan”x9d. Bundan sonra mən heç kimə irad tutmadım. Bu “özfəaliyyət”x9d sözündən bilmirəm niyə səksənirlər. Bütün peşəkar aktyorlar, rejissorlar fəaliyyətlərini bu dərnəklərində başlayıblar. Xalq və əməkdar artistlər başda olmaqla. “Özfəaliyyət”x9d - yəni özü tək fəaliyyət göstərir, ustad görmədən, “məktəb”x9d keçmədən. İndi televiziya kanallarında seriallarda özfəaliyyət artistləri, “dramaturqlar”x9d, rejissorlar meydangirlik edirlər. O peşəkarları çağırırlar ki, onlar pul xətrinə susub, heç bir rəy-məsləhət vermədən öz işini görürlər. Məni çağırsalar peşman olacaqlar. Onların xeyrinə danışacağam, onlar narazı olacaqlar. İnanın, bu sənət axır vaxtlar yalançı təriflər üstündə qurulub. Fikir vermirsiz, qalmaqalda olan aktyor, müğənni, rəqqas, aparıcılar sənət davası etmirlər. Heç biri demir ki, bu səbəbdən, sən düzgün, peşəkar ifa etmirsən. Yalnız, bir-birinin geyimindən, xasiyyətindən, qeybətindən danışırlar. Bir dəfə rəhmətlik Məmmədbağır Bağırzadəyə dedim ki, sən eşidirsən ki, muğam ifaçıları düz oxumurlar, qəzəlin vəznin pozurlar, sözün vurğusun düzgün demirlər, niyə irad tutmursan, tənqid etmirsən? Dedi ki, ay Qorxmaz, vallah deyəndən sonra məndən inciyirlər, soyuq görüşürlər, arxamca danışırlar. Dedim bəs Hacıbaba Hüseynov, Əlibaba Məmmədov, Nəriman Əliyev səni tənqid edəndə, irad tutanda sən inciyirdin? Dedi ki, biz ədəb- ərkan sahibi olmuşuq, böyüyün üzünə qayıtmamışıq, niyyətimiz öyrənmək olub.
Sizə bir söz deyim, İncəsənət Universitetində dərs dediyim dövrdə Əzizağa müəllim (səhnə danışığı müəllimi idi) mənə yaxınlaşıb dedi ki, Ay Qorxmaz müəllim, indinin tələbələri niyə dərsə biganədilər. Heç alışıb-yanmırlar. Dedim, Əzizağa müəllim, əvvələr biz instituta gələndə yanmağa gəlirdik, indi tələbələr bizi yandırmağa gəlirlər.
O ki, qaldı "niyə davam etdirmirəm" sualına, mane olanlar çox oldu, gördüm ki, imkan vermirlər, sıxışdırırlar, sakitcə kənara çəkildim. İmkan vermədim ki, məni tam məhv eləsinlər. Amma xahiş edirəm soruşmayın kimlər və niyə mane oldular. Mən qalma-qaldan qaçıram.
- Qorxmaz müəllim, ümumiyyətlə, estrada teatrımızın bugünkü durumu haqqında nə deyə bilərsiniz?
- 1998-ci ildən müəyyən səbəblərdən fəaliyyətimi dayandırmışam. Yeri gəlmişkən bu il mənim 1990-cı ildə yaratdığım “Estrada teatr”x9dınn 26 ili tamam olur. Gəncləri yığmağa cəhd eləmişəm. İstəmişəm cavanları bir yerə toplayıb iş görüm, alınmayıb. Səbəbi odur ki, onların səbri yoxdur, 3 ay məşq eləsinlər. Deyirlər ki, “eh biz 5 ay məşq edəcəyik, yoldan keçənlər efirdə “qan”x9d edirlər, reklam tuturlar, hamı tanıyır, həm də pul qazanırlar. Biz burda havayı, maaşsız işləyəni, tamaşaçı qarşısında “yetişib bişəni”x9d 1 il keçəcək. Bizə sərf eləmir. Hətta olub ki, 3 ay yayın istisində məşq eləmişəm, axırda demişəm ki, görüm harda bir konsert tapım, xahiş edim bizə səhnədə imkan versinlər, yoxlayaq görək nə səhvlərimiz var. Mənə dedilər ki, nə qədər pul verəcəksən? Biz sənin xətrinə pulsuz məşq elədik, amma səhnəyə pulsuz çıxmayacağıq. Onlar istəyirlər ki, hər şey bir ayın içində alınsın. Həm şöhrət, həm də pul.
- Bu gün estrada teatrının ən üzdə olan nümayəndələri “Bu şəhərdə”x9dnin təmsilçiləri, eləcə də digərləri Rusiyanın sanballı estrada teatrı ilə müqayisədə çox geri qalırlar. Siz bu geriliyin səbəbini nədə görürsünüz?
- Bilirsiz, maraqlıdı, mən bu suala elmi şəkildə ya da sadə dillə desəm nə dəyişəcək, nə düzələcək? “Bu şəhərdə"nin təmsilçiləri 16 ildə bir dəfə mənə dəvətnamə göndərmədilər ki, gəl bax, fikrini söylə. Mənim fikrim heç kimi maraqlandırmır. Artıq onlar şöhrət sahibidilər. Onların heç kimin rəyinə, tənqidinə ehtiyacları yoxdur. Nəinki onların, heç bir “gülüş”x9d aktyorlarının mənim sözümə ehtiyacları yoxdur. Artıq reklam hamısının başını dumanladıb, baş gicəllənmə həyatın yaşayırlar. Onu da deyim ki, Rafael və Coşqun peşəkar aktyorlardır. Onlar ustad rejissor rəhbərliyi ilə məktəb görüblər.
Nəzərinizə çatdırım ki, İlham Rəhimli mənim elmi rəhbərim olub. Mən “Milli estrada sənətinin yaranması və təşəkkülü”x9d (qədim və erkən orta əsrlər) mövzusunda kitab yazıb fəlsəfə doktoru adına layıq görülmüşəm. İndi də “Milli estrada sənətinin inkişaf mərhələləri”x9d elmi işi üzərində çalışıram. Mənim ixtiyarım var ki, estradaşünas-alim kimi tənqid edim və rəy bildirim. Yuxarıda söylədiyim kimi tənqid və ya məsləhət düşmənçiliyə gətirib çıxardır.
- Bundan əlavə, siz sənəti həm də televiziya vasitəsilə sevdirməyə cəhd göstərən şəxslərdən biri olmusuz. Bu gün televiziya, şoulara kifayət qədər yer ayırmaqla sənətə nə dərəcədə zərbə vurur?
- Azərbaycanda “Şou-proqram”x9dları ilk dəfə mən yaratmışam. İlk peşəkar “şoumen”x9dəm. Sonuncu “konferansye”x9dyəm. “Şou-biznes”x9din təməlin mən qoymuşam. 6 il “Şou-Əlili”x9d estrada proqramının aparıcısı və təşkilatçısı olmuşam. İlk dəfə “Estrada teatrı”x9d yaradıb rəhbərlik etmişəm. Həm bədii rəhbəri, həm müdiri olmuşam. Tele-kanallarda bu qədər şou-proqramlar yayımlanır. Bir dəfə də olsun mənə zəng edib dəvət etməyiblər ki, ay Qorxmaz müəllim, sənin məsləhətinə ehtiyacımız var. Aparıcılar bir dəfə də olsun zəng edib deməyiblər ki, xahiş edirəm efirdə mənim çıxışıma bax, fikrini, məsləhətini de. Bu insanlar öyrənmək istəmirlər. Şou-proqramların efirdə çox olması pis deyil. Amma onların hamısı Şou-proqramdı bəyəm? “Şou”x9dnun qayda qanunlarından xəbərləri var ki? Şoumen necə olmalıdı bilən var ki? İndi hamı özünə “şoumen”x9d deyir. Mənim bu barədə danışmağımın heç bir mənası yoxdur. Mənim qəbul etdiyim və sənətini, şəxsiyyətini bəyəndiyim Azər Axşamdı. Ona baxanda özümü görürəm. “Aba”x9d telekanalı var idi. 1998-ci ildə Əhməd Orucoğlu “Bu axşam”x9d adli bir verliş yaratdı. O vaxt mən ondan incidim ki, o verlişə məni dəvət etmədi. Mən o verilişdə öz aktyorluq istedadımı daha çox nümayiş edə bilərdim, tamaşaçı məhəbbətim ikiqat çoxalardı. Amma indi deyirəm ki, yaxşı ki Azər Şabanovu dəvət etdi. O verilişdə Azərə “Axşam”x9d ləqəbini Əhməd Orucoğlu verdi. Azərbaycan bir istadad qazandı. Və bir istedanı itirdi. (gülür)
- Qorxmaz müəllimin özünün yenidən televiziyaya qayıtmaq fikri varmı?
- Yox. Daha gecdi. 60 yaşında qoca aparıcı kimə lazımdı. Mənim televiziya məkanımda heç vaxt bəxtim gətirməyib. İndi gənclərə elə yollar açılıb ki, sevindirici haldır. Amma bizim vaxtda mənə belə imkanlar heç vaxt yaratmayıblar. Dövr başqa idi. İndi gənclər efirdə pul qazanırlar. Amma mən heç vaxt efirdən pul almamışam. Bir dəfə serialda belə imkan olub.
- Sizin şoumen kimi fəaliyyətinizin kökündə maarifçilik missiyası var idi. Bu sizi elitar, ziyalı zümrə tərəfindən də sevilmənizə səbəb olmuşdu. Bəs indiki şoumenlərin yaradıcılığında bu maarifçilik elementi niyə yoxdu?
- Yenə məni tənqidə sövq edirsən. Danışmağımızın mənası yoxdu, düzəlməyəcək. Efirdə ləhcə baş alıb gedir. Azərbaycanın illər boyu formalaşmış efir danışıq dili, dövlət dilimiz itib. Elə efir var ki, ingilis ləhcəsində danişir. Elə bilirsən ingilis azərbaycanca veriliş aparır. Türk sözləri dilimizə qarışıb. “Sizlər”x9d, “Bizlər”x9d, “İlk öncə”x9d, “Olacaydır”x9d, “Olmayım”x9d, “Gejə”x9d, “Petformans”x9d vallah aləm qarışıb, məssəb itib. “İlk öncə”x9d nə deməkdi? “İlk”x9d və “öncə”x9d sözü bir-biri ilə uzlaşmır axı. Onun əvəzinə “ilk olaraq”x9d, “ilkin olaraq”x9d desək düz danışmış oluruq. “Öncə”x9d sözü nə deməkdi, belə söz yöxdu. Mənasız sözdü. İlham müəllimin əlifbamız haqqında dediyi fikirlərlə şərikəm. Ən mühüm bəlamız apastrof işarəsinin əlifbamızdan çıxarılmasıdı. Apastrof işarəsinin danışığa böyük təsiri var. Danışıq “melodiya”x9dmız korlanıb, “axıcılıq”x9d itib. Deyirik ki, fars dili ən şirin dildi. Bizim dilimiz ondan geri qalmir. “a”x9d, “o”x9d, “u”x9d, “i”x9d saitlərinin danışıq zamanı, digər saitlərə nisbətdə, uzun tələffüzü danışığımızda xüsusi bir “avaz”x9d əmələ gətirir. Əruz vəznində yazılmış şeirlərin düzgün tələffüzü üçün apastrof işarəsi, əvəzolunmaz, mühüm rol oynayır. Media bu məsələ ilə əlaqdar debatlar aparmalıdılar. Apastrofun əlifbaya qaytarılmasına nail olmalıq.
Mahnılarımız türk, rus, İran, Avropa stilində yazılır. Azərbaycan muğamı məhv olmağ üzrədi. Muğama ərəb, fars, türk, hind, özbək, madaqasqar “nəfəsləri”x9d,ifa üslubları qatışdırılıb. Az qalıb Vyetnam-Çin üslubları da qatsınlar. Muğam oxuyanlarının bəziləri “parkinson”x9d əsməcə xəstəliyinə tutulublar. O qədər mikrafonu aşağı-yuxarı, sağa-sola aparırlar ki, xəbərləri olmur oxuya-oxuya “xaç”x9d da vururlar. Üz mimikalarını o hala salırlar ki, adan baxanda yazığı gəlir. Geyimləri də ki, super. Eləsi var çin fəhlələrinə oxşayır. Yanacaq doldurma məntəqəsində işçilərin geyindiyi formaya oxşar geyinib efirə çıxırlar. Mahnının orijinali qalır bir kənara, bəstəkarin mahnısının kantasını dəyişdirib təzədən yazırlar. Belə çıxır ki, bəstəkar anlamayıb, düz yazmayıb. Vallah danışdığca bitmir. Gəl müsahibəni bu yerdə saxlayaq. Ürəy doludu. Amma vallah danışmaq mənə qalacaq. Görünür atalar deyən sözə əməl etməliyik: “Palaza bürün, elnən sürün”x9d. Amma neyniyim ki, palaza bürünə bilmirəm. Çəkilmişəm kənara, oturmuşam xalçanın üstündə çay içə-içə sakit həyatımı yaşıyıram. Bekar dayanmıram, elmlə məşğulam. Mən dostum İlham Rəhimlinin xatirinə müsahibə verdim. Mən müsahibə verməydən qaçıram. Sizə uğurlar arzu edirəm.
Elmin NURİ
































































































