Mingəçevir teatrı iki tamaşa qurur.
Mingəçevir Dövlət Dram Teatrı iki tamaşa hazırlayır. Tanınmış rus yazarı H.V.Qoqolun “Müfəttiş”x9d əsərinə Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru Xəzər Gəncəli quruluş verir. Müəllif bu əsərdəki qəsəbəni “Ruhumuzun qaranlıq şəhəri”x9d ”“ deyə təsvir edir.Onun çirkinliklərini,bayağılıqlarını ortaya tökmək lüzümuna inanır. Bunun da gerçək bir müfəttişlə , yəni özümüz ”“ özümüzü satira atəşinə tutaraq,iynəliyərək bu qaranlıq şəhərə girməyin xa0mümkün olacağını söyləyir. Qoqolun satirası büsbütün ,insanları bu vəziyyətə gətirib çıxaran mühitə qarşı çevrilmişdir.Tamaşada teatrın sevilən aktyorları Akif Mirabov ( əməkdar artist), Ella Yaqubova (əməkdar artist),Şıxı Yaqubov (əməkdar artist) ,Aydın Quliyev,Elmira İbrahimova,Fəridə Məmmədova,Asim Əmirov,Firuz Hacıyev,Hüseyn Mustafayev,Qabil İbrahimli,Asim Məmmədov və Eyvaz Əliyev rol almışlar.Tamaşanın xa0aprel ayının sonlarına xa0təhvil verilməsi planlaşdırılır.
xa0Mingəçevir Teatrında uşaqlar üçün xa0yeni tamaşa da hazırlayır.Tamaşanın adı ”x9dİncəbel və Div”x9d adlanır.Tamaşada rol alan aktyorlar gənclərdir.Tamaşada həmçinin xa0“İnam”x9d studiyasının tələbələridə rol almışlar.Tamaşada Fəridə Məmmədova,Nargilə Abdullayeva,Elmira İbrahimova,Ruhəngiz Abdullayeva,Amil Fərzəliyev,Hüseyn Mustafayev,Aytən Allahverdiyeva,Asim Əmirov,Elvin Əkbərli,Paşa Salmanov,Firuz Hacıyev ,Asim Məmmədov və Aydın Əhmədov iştirak edirlər.Tamaşanın Quruluşçu rejissoru Respublikanın xalq artisti xa0Ağaxan Salmanlı,rejissor asistenti Xəyalə Qəmbərova ,quruluşçu rəssam Ləman Salmanlı, musiqi tərtibatı Elnur Rəsulovdur.Tamaşa mart ayının əvvələrində balaca tamaşaçıların ixtiyarına veriləcək.



































































































