Qardaş Türkiyədə baş verən zəlzələ ilə əlaqədər olaraq Azərbaycan Dövlət Akademik Musiqilli Teatrında musiqili və əyləncəli tamaşalar təxirə salınıb.
Bu barədə Bizim.Media-ya teatrın mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, təxirə salınmış tamaşaların vaxtı (10 - 12 fevral tarixlərini əhatə edən) aşağıdakı ardıcıllıqla dəyişdirilib:
3 mart saat 19:00 “O olmasın, bu olsun” (Ü.Hacıbəyli)
4 mart saat 19:00 “Beş manatlıq gəlin” (S.Rüstəmov, M.S.Ordubadi)
5 mart saat 19:00 “Məchul pilləkən” (M.Abdullayev)
11 mart saat 12:00 “Sehirli nəğmə” (D.Hacıyeva, P.Korotıç, tərc: A.İsmixanova)
12 mart saat 12:00 “Sehirli nəğmə” (D.Hacıyeva, P.Korotıç, tərc: A.İsmixanova)
18 mart saat 17:00 “Utancaq qız” (Fyodr Dostayevski)
Məlumata görə, satılmış biletlərin hamısı qüvvədədir. Təxirə salınaraq vaxtı dəyişdirilmiş tamaşalara həmin biletlərlə gəlmək mümkün olacaq.
Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
16:58 / 10.02.2023
Azərbaycan Dövlət Akademik Musiqilli Teatrında tamaşalar təxirə SALINDI - SƏBƏB
Hazırda oxunan: Azərbaycan Dövlət Akademik Musiqilli Teatrında tamaşalar təxirə SALINDI - SƏBƏB
Hazırda oxunan: Azərbaycan Dövlət Akademik Musiqilli Teatrında tamaşalar təxirə SALINDI - SƏBƏB
119705
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.