“Türkiyənin məşhur rəqs qrupu “Anadolu Atəşi” ilə Bakıya birlikdə gəldik. Təyyarədə qrupun üzvləri ilə xeyli söhbət etdik. Zəlzələ qurbanlarını andıq. Azərbaycanın qardaş ölkəyə dəstəyini alqışlayırlar”.
Bizim.Media xəbər verir ki, bu barədə tanınmış jurnalist Könül Aypara öz sosial şəbəkə hesabında yazıb.
O, bildirib ki, “Anadolu atəşi” Bakıya gəlsələr də burada çox qalmayacaqlar, buradan Orta Asiya respublikalarına yol alacaqlar:
“İki gün Bakıda qaldıqdan sonra Orta Asiya tamaşaçıları ilə görüşə gedəcəklər. Daha sonra fevralın 19-da konsert vermək üçün təkrar Bakıya qayıdacaqlar”.
Aygün İbrahimli, Bizim.Media