“Şəhərimizin mərkəzində ucaldılan bu abidə Azərbaycan xalqının dahi bəstəkar Tofiq Quliyevin xatirəsinə olan hörmətinin əlamətidir. Həqiqətən Tofiq Quliyevin əsərləri Azərbaycan mədəniyyət aləmində bir inqilab edib”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev fevralın 8-də görkəmli bəstəkar Tofiq Quliyevin abidəsinin açılış mərasimində çıxışında bildirib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev: “Tofiq Quliyevin əsərləri böyük sərvətimizdir”
Dövlət başçısı qeyd edib ki, Tofiq Quliyev həm görkəmli bəstəkar, həm Azərbaycanda caz sənətinin banisi də adlandırıla bilər:
“Eyni zamanda, böyük mədəniyyət xadimi Tofiq Quliyev Azərbaycan xalqının sevgisini qazanıb”.
Bizim.Media