Aşıq Xanların oğlu Aşıq Azər canı ilə çarpışır

Hazırda oxunan: Aşıq Xanların oğlu Aşıq Azər canı ilə çarpışır

118531
Məşhur Azərbaycan aşığı, böyük saz-söz ustadı, mərhum Aşıq Xanların oğlu Aşıq Azər Xanlaroğlu canı ilə çarpışır.

33 yaşlı məşhur aşıq 3 ildir “Hepatit B”x9d xəstəliyindən əziyyət çəkir. Aşığın yaxın dostu şair Ehtiram İlhamın ATV.az-a verdiyi məlumata görə, Azərin xəstəliyi artıq son həddə çatıb: “Aşıq Azər Xanlaroğlu bu gün bir neçə xəstəliklə çarpışır. “Hepatit B”x9d xəstəliyindən də əziyyət çəkən aşığın ayaqları şişdiyi üçün yerindən tərpənə bilmir. Yataqdan qalxa bilmədiyi, ayaq ustündə durmaq mümkün olmadığı üçün məclislərdə iştirak edə bilmir, maddi sıxıntı çəkir. Xəstəliyinin müalicəsi mümkündür, amma madddi vəziyyət buna imkan vermir. Buradan saza, sözə qiymət verən insanlara səslənirəm ki, Azəri qurtaraq, Allah uzaq eləsin, onu itirə bilərik...”x9d.

Aşıq Azər Xanlaroğlu isə bildirib ki, həqiqətən, artıq o 3 ildir “Hepatit B”x9d xəstəliyindən əziyyət çəkir, artıq yatağından dura bilmir: “Həkimlər deyirlər ki, xəstəliyin müalicəsi İsraildə mümkündür. Deyilənə görə, 60 min dollara başa gəlir”x9d.

Xatırladaq ki, Aşıq Xanlar Azərbaycanın tanınmış el aşıqlarından biri olub. O da cavan yaşında dünyasını dəyişib. Çox təəssüf ki, bu gün Xanların yadigarı aşıq Azər Xanlaroğlunun da həyatı təhlükədədir. Şair Ehtiram İlham onu da bildirdi ki, Azər Xanlaroğlunun yaxın vaxtda müalicəsinə başlanılmasa, təəssüf ki, onu itirəcəyik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin