Gülşad Baxşıyeva: “Bu ittifaqı Şəfiqə Məmmədovanın atası ona hədiyyə etməyib” - ÖZƏL

Hazırda oxunan: Gülşad Baxşıyeva: “Bu ittifaqı Şəfiqə Məmmədovanın atası ona hədiyyə etməyib” - ÖZƏL

116754

Son günlər Kinematoqrafçılar İttifaqında baş verən qalmaqallı hadisələrlə bağlı sözügedən qurumun üzvlərindən olan Əməkdar artist Gülşad Baxşıyeva açıqlama verib. 

Aktrisa Bizim.Media-nın əməkdaşı ilə söhbətində haqqında ittifaqdan ayrıldığı iddialarına münasibət bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Şəfiqə Məmmədovaya etiraz edən MƏTBUAT KATİBİ – “O, Maliyyə Nazirliyini aldadıb, pulları mənimsəyib”


Əməkdar artistin sözlərinə görə, o, Ş.Məmmədovanın ittifaq çərçivəsində təşkil etdiyi tədbirlərin heç birinə dəvət olunmayıb: 

“Kinematoqrafçılar İttifaqında anladığım qədərilə qalmaqal baş verib. Hamı nədənsə elə başa düşür ki, ittifaqdan ayrılmışam. Bu ittifaq Şəfiqə Məmmədovanın deyil. Bu ittifaqı Şəfiqə Məmmədovanın atası ona hədiyyə etməyib. Bu ittifaq dövlətindir. Şəfiqə Məmmədova bu gün var, sabah yoxdur. İndi hər dəfə kimsə ittifaqın başına gələcək deyə, biz gedib ərizə yazacağıq kimi bir məsələ yoxdur. Birinci ittifaq donmuşdu, fəaliyyət göstərmirdi. Bura dəvət etdilər. Ərizə yazdım, qəbul oldum.

Hətta vəsiqəm belə yoxdur. Dəvət edib, gəlin ittifaqın vəsiqəsini alın deyə bir şey yoxdur. Heç bir iclaslarda, qurultaylarda və tədbirlərdə iştirak etməmişəm. Yalan danışan insan deyiləm. Onlar yəqin özlərini yuxarı təbəqənin insanları hesab edirlər. Bizi isə aşağı təbəqənin. Onlar elə düşünürlər ki, vəzifədədirlər və belə olan halda bizdən üstündürlər. Şəxsən mən belə başa düşürəm. Amma ərizə yazdım və bu ittifaqdan çıxıram sözünü deməmişəm. Demək də istəmirəm. Çünki Şəfiqə kimi biriləri gəldi-gedərdi”. 

Sənətçi, Şəfiqə Məmmədovanın şəhidlər və qazilər üçün yığdığı 2820 manatı mənimsəmə iddiasına da reaksiya bildirib:  

“Bu haqda mənə də xəbərlər çatıb. Guya ki Oqtay Mirqasımov pul verib Şəfəqə Məmmədovaya ki, o pulları gedib “Yaşat” fonduna keçirsin. Guya özünə aid 500 manatı köçürüb, digər pulları isə keçirməyib. Mən bu cür məsələlərdən bixəbərəm və qarışmıram. Belə məsələlərdə isə rəhbərliyə gedib pul vermirəm. Mənə lazımdır, gedirəm banka, 1000 manatı öz cibimdən verirəm və köçürürəm Silahlı Qüvvələrə. Onların yanında olmamışam. Bilmirəm nələr baş verib”. 

G.Baxşıyeva Ş.Məmmədova ilə şəxsi münasibətlərindən də danışıb: 

“Şəfiqə Məmmədovanın yaradıcılığını bəyənirəm. Bu onun şəxsi işinə dəlalət etmir. Qaldı ki münasibətə, əgər onun mənə qarşı münasibəti normal olsaydı, məni də keçirdiyi iclaslara çağırardı. Onlar vəzifəyə öz tələblərini təmin etmək üçün gəlirlər. Dövlətin pulunu yemək olar? Mən elə şeylərdən qorxan, çəkinən insanam. Şəfiqə Məmmədovada bu cəsarətə bax. Heç olmasa, o pulları get kinostudiyaya xərclə də.  Kinonun o qədər yaralı yeri var ki...” 

Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin