Elmlər Akademiyası "YUÄž"un tarixi binasının söküntüsünə qol qoymadı - ÖZƏL

Hazırda oxunan: Elmlər Akademiyası "YUÄž"un tarixi binasının söküntüsünə qol qoymadı - ÖZƏL

116357
xa0Bakı şəhərinin baş planına uyğun olaraq Yasamal rayonu ərazisində aparılan söküntü və xa0abadlıq işləri tarixi binalardan da yan keçməyib. Bu binalardan biri də Azərbaycan Dövlət “YUÄž”x9d teatrının yerləşdiyi tarixi-memorial tikilidir. Qeyd edək ki, bina XVIII əsrə aiddir və bura o vaxtlar hamam olub.xa0

Mədəniyyət və Turizm xa0Nazirliyinin “YUÄž”x9d a dəstəyindən sonra söküntü işləri teatrın fəaliyyətinə zərbə vurmadı. Hazırda teatr üçün yeni məkan axtarılır. Lakin məsələnin bir tərəfi teatr idisə, o biri tərəfi də binanın çox gərəkli memorial abidə olmasıdır.

Etibarlı mənbədən Moderator.az-a verilən məlumata görə Azərbaycan Milli Elmlər Akademiyasının Mədəniyyət və Memarlıq İnstitutunun Tarixi Abidələri Qoruma şöbəsi binanın sökülməsinə qol çəkməyib.xa0

Qeyd edək ki, şəhərsalma prosesində adı çəkilən institutun rəyi mütləq alınmalıdır. Lakin elmi qurum tikilinin gərəkli memarlıq abidəsi olmasını nəzərə alaraq buna etiraz edib.

İstirahət günü olması səbəbindən məsələni dəqiqləşdirmək üçün Tarixi Abidələri Qoruma şöbəsi ilə əlaqə saxlaya bilmədik.xa0

Elmin NURİ
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin