Vəfa Zeynalova: "Qardaşımla Tünzalənin dərdi bir idi" - FOTO/ÖZƏL

Hazırda oxunan: Vəfa Zeynalova: "Qardaşımla Tünzalənin dərdi bir idi" - FOTO/ÖZƏL

116187

"Heyif Tünzalədən. Heç ölmək istəmirdi".

Bu sözləri Bizim.Media-nın əməkdaşı ilə söhbətində Əməkdar artist Vəfa Zeynalova deyib.

Əməkdar artist Tünzalə Əliyeva ilə vidalaşmaq üçün Qurd Qapısı ərazisində yerləşən məzarlığa gələn sənətçi göz yaşı içində mərhum həmkarı ilə bağlı xatirələrini dilə gətirib:

"Son günlər onunla yalnız telefonda danışa bilirdik. Deyirdi ki, çox ağrılarım var. Məni yalnız sən yaxşı başa düşə bilərsən. Çünki rəhmətlik qardaşımla onun dərdi bir idi. Deyirdi ki, bilirsən bu xəstəliyə görə mən nələr çəkirəm. Nə qədər dözsün bu ağrılara yazıq qız... Hər dəfə kimisə itirəndə özümə gələ bilmirəm. Allah Tünzaləyə rəhmət eləsin".
Qeyd edək ki, T.Əliyeva ötən gün saat 12:00 radələrində Milli Onkologiya Mərkəzində uzun sürən xərçəng xəstəliyindən 50 yaşında dünyasını dəyişib.




Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin