Ötən gün Milli Onkologiya Mərkəzində saat 12 radələrində xərçəngdən dünyasını dəyişən aktrisa, Əməkdar artist Tünzalə Əliyevanın nəşi namaz qılınması üçün Heydər məscidinin həyətinə çıxarılıb.
Bizim.Media xəbər verir ki, aktrisa ilə vidalaşmaq üçün sənətçinin ailəsi, yaxınları və incəsənət nümayəndələri məscidə axın ediblər.
Redaksiyamızın əməkdaşının çəkdiyi kadrlarda mərhum aktrisanın bacısı Təranə xanım göz yaşlarını saxlaya bilməyib.
O "Gülə-gülə gözlərini bağladın. Ürəyim ağrıyır ay bacı. Məni aldatdın. Dedin ki, gedirəm reanimasiyaya, yaşayacağam, qayıdacağam. Bağrım yarılır Tünzalə" sözlərini dilə gətirib.
Rəşad Əliyev, Bizim.Media