"Sonuncu dəfə Tünzalə Əliyeva ilə iki ay əvvəl danışmışam. Onunla çox yaxın idim. Mədəniyyət və İncəsənət Universitetində bir oxumuşduq. Münasibətimiz çox yaxşı idi".
Bu sözləri Bizim.Media-ya açıqlamasında müğənni Manaf Ağayev deyib.
Əməkdar artist Tünzalə Əliyeva ilə vidalaşmaq üçün Heydər məscidinə gələn sənətçi mərhumla bağlı fikirlərini dilə gətirib:
"Danışırdı, ağrıyırdı. O, ölümdən qorxmurdu. Amma qızı Zəhranı tək qoyacağından qorxurdu. Onun gözəl və böyük sənəti vardı. İnsan kimi də çox gözəl insan, ana və ailə başçısı idi. Namuslu, ismətli bir qadın idi. Oynadığı obrazlarla hamının üzünü güldürürdü. Xalq tərəfindən sevilən sənətçi idi. Allah rəhmət eləsin!".
Qeyd edək ki, T.Əliyeva ötən gün saat 12:00 radələrində Milli Onkologiya Mərkəzində uzun sürən xərçəng xəstəliyindən 50 yaşında dünyasını dəyişib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
10:22 / 23.01.2023
Manaf Ağayev: "Tünzalə ölümdən qorxmurdu" - FOTO
Hazırda oxunan: Manaf Ağayev: "Tünzalə ölümdən qorxmurdu" - FOTO
Hazırda oxunan: Manaf Ağayev: "Tünzalə ölümdən qorxmurdu" - FOTO
116146
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.