Zamin Amur bu həftə Mersin Azərbaycan Kültür Dərnəyinin və Mersin teleradio təşkilatnın dəvətiylə Mersinə gəlib.
Öncə Mersin Radyo Ülkü 106.5 fm-in canlı yayın qonağı oldu. Daha sonra "KANAL33" - də "SABAH KEYFİ" programının canlı yayın qonağı oldu.Yayın 2 saatlıq mini konsert şəklində təşkil edildi. Əsasən Azərbaycan xalq ve sənət müsiqisinin təbliği üzərinə qurulan proqramlarda eyni zamanada Zamin Amur söz və bəstəsi özünə aid olan mahnılarını da səsləndirdi.
Proqramdan sonra Mersin Boyük şəhər Başqanı (Mersin İcra Hakimiyyətinin başqanı) Burhanetdin Kocamaz bəyin dəvətlisi oldu. Görüşdə Azərbaycan Türkiyə kültürel mövzularından bəhs edildi və bu il içərisində keçiriləcək Mersin Kültür festivalında Zamin Amur konserti planlaşdırıldı.
Xatırladaq ki, Zamin Amur Azərbaycan əslli Rusyada fəaliyyət göstərən və yetəri qədər tanınan bəstəçi müğənnidir. Əslən Lənkəran rayonundan olan Zamin Amur dəfələrcə Rusiya və Türkiyədə beynəlxalq tədbirlərdə və festivallarda Azərbaycan müsiqisini layiqincə təmsil edib. Birinciliklərə və fəxri yerlərə layiq görülüb. Hazırda Rusiyada və Türkiyədə professional olaraq müsiqi fəaliyyətinə davam etməkdədir. Solo konsertləri, albom və klip çalışmaları var.




































































































