"Böyük dramaturq Cəfər Cabbarlının Xızıdakı ev muzeyinin neçə ildir bədii tərtibat verilməyən eksponatları, inanıram ki, tezliklə işlənəcək və muzey rəsmi olaraq öz ziyarətçilərinin üzünə açıq olacaq".
Bu açıqlamanı Cabbarlının Xızıdakı ev muzeyinin direktoru Həcər Rəsulova Bizim.Media-ya verib. Onun sözlərinə görə, muzey işçilərinin belə ümidlənməyə əsası var:
“Çünki güclü külək muzeyin damını uçurandan sonra Mədəniyyət Nazirliyinin rəhbərliyi dərhal reaksiya verdi və 1 gün ərzində dam örtüyü bərpa olundu.
Üstəlik yeni mədəniyyət nazirinin müavini Adil Kərimlinin birbaşa Xızıya göndərdiyi nümayəndə gəlib problemlərimizlə maraqlandı. Mən də bizi narahat edən bütün problemləri - eksponatlara bədii tərtibat verilməməsini, muzeyin qazının kəsilməsini və digər məsələləri nazirliyin nümayəndəsinə çatdırdım".
Həcər Rəsulova ümid edir ki, Heydər Əliyev ilində muzeyin bütün problemləri öz müsbət həllini tapacaq.
Qeyd edək ki, C.Cabbarlı muzeyinin bədii tərtibat problemini Bizim.Media olaraq dəfələrlə qaldırmışıq. Əvvəlki iki nazirin dövründə muzeyin problemi gözarı edilib və 3 il ərzində problemə əncam çəkilməyib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Mədəniyyət
17:55 / 17.01.2023
Mədəniyyət nazirinin müavinindən ÇEVİK REAKSİYA: “Muzey işçiləri ümidləniblər”
Hazırda oxunan: Mədəniyyət nazirinin müavinindən ÇEVİK REAKSİYA: “Muzey işçiləri ümidləniblər”
Hazırda oxunan: Mədəniyyət nazirinin müavinindən ÇEVİK REAKSİYA: “Muzey işçiləri ümidləniblər”
115241
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.