Sevda Sultanovadan "Azdrama" aktyorlarına cavab: "Bufetdə, çayxanada vaxt keçirməkdənsə..."

Hazırda oxunan: Sevda Sultanovadan "Azdrama" aktyorlarına cavab: "Bufetdə, çayxanada vaxt keçirməkdənsə..."

115133
"Məqaləmə münasibət bildirən aktyorların maariflənməyə ciddi ehtiyacı var". 


Bunu Moderator.az-a açıqlamasında tanınmış jurnalist Sevda Sultanova bildirib. 

Sevda Sultanova onu tənqid edən aktyorlara bəzi filmlərə baxmağı tövsiyə edib: "Bufetdə, çayxanada vaxt keçirməkdənsə bu filmləri izləmələrini tövsiyə edirəm, bəlkə onda  Filip Seymur Hoffman, Mişel Pikkoli səviyyəsində oyun göstərə bildilər. Tamaşalarında da adamı yuxu tutmaz.

- “Maqnoliya”x9d rejissor Pol Tomas Anderson

- “Soyuq qəlyanaltılar”x9d  rejissor Bertran Blie 

- “Zirzəmidə”x9d rejissor Ulrix Zaydl

- “Qorxu ruhu gəmirir”x9d Rayner Verner   Fassbinder

- “Dirijor”x9d  Andjey Vayda

Xüsusən, “Maqnoliya”x9d filmində Tom Kruzun oynadığı səhnəyə təkrar- təkar baxmalarını tövsiyə edirəm. Bu kiçik rolu ilə aktyor sözün əsl  mənasında öz gücünün, istedadının sərhədlərini keçir. Bizim aktyorlar bu səhnədə ikinci planı necə oynamaq olar sualının parlaq cavabını tapacaqlar. Filmlərin süjetlərini, aktyor oyunlarını analiz eləsinlər, dünyada aktyor ifaçılığında nə baş verir, görüb-götürsünlər. Əgər bu filmlər onlara çox ağır gələcəksə, daha sadə süjetli filmlər təklif edə bilərəm: Özcan Denizin “Evim sənsin”x9d və ya Mahsun Kırmızıgülün “Beş minarə”x9d filmləri kimi. Müasir aktyorlar necə işləyirlər sualının cavabını tapmaq üçün İvana Çabbakın “Aktyor ustalığı: Çabbak texnikası”x9d kitabını da məsləhət görürəm".

Xatırladaq ki, Sevda Sultanovanın “Azdrama”x9d aktyorlarının bufet təfəkkürü" yazısı narazılığa səbəb olub. "Azdrama"nın aktyorları Facebookda Sevda Sultanova haqqında təhqiramiz statuslar yazıblar, aktyor Füzuli Hüseynov isə mətbuata verdiyi müsahibəsində bu statuslara haqq qazandırıb. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin