“Qarabağ - Azərbaycan Mədəniyyətinin Ürəyi” adlı beynəlxalq müsabiqənin ilk mərhələsinin qalibləri elan olunub.
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Bakıda yerləşən Avrasiya üzrə Regional Mərkəzi bugün “Qarabağ - Azərbaycan Mədəniyyətinin Ürəyi” adlı beynəlxalq layihənin ilk mərhələsinin qaliblərini elan edərək ikinci mərhələyə start verib.
MÖVZU İLƏ BAĞLI:
Qarabağ – mədəniyyətimizin beşiyi – Hacı Ələkbər məscidi
Bizim.Media-ya Mərkəzdən verilən məlumata görə, ilk mərhələnin qalibləri ABŞ, Türkiyə və İndoneziyadan müsabiqədə iştirak edən gənclər olublar.
Layihənin məqsədi erməni işğalından azad edilmiş Qarabağın Azərbaycan mədəniyyəti və tarixinin ayrılmaz parçası olması ilə bağlı beynəlxalq maarifləndirmə işinin aparılmasıdır.
Müsabiqə 5 həftə davam edəcək. Müsabiqənin sonunda beş həftə ərzində biliyi, intellekti və marağı ilə fərqlənən beş qalib təşkilatçılar tərəfindən müəyyən ediləcək zamanda Azərbaycanın Qarabağ bölgəsinə səyahət etmək imkanı əldə edəcəkdir.
Layihə haqqında ətraflı məlumat: keçid vasitəsilə əldə edilə bilər.
Bizim.Media