Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsindən Moderator.az - a verilən məlumata görə Nizami Gəncəvi adına Kitabxana-Klubun kollektivi “Mütaliə ili”x9d ilə silsilə tədbirlər keçirilib.
64 saylı uşaq bağçasında keçirilən tədbirdə bağçanın kiçik yaş qrupunun uşaqlarına bir birindən maraqlı nağıl kitabları haqqında məlumat verilib, nağıllardan nümunələr oxunub. Tədbir uşaqlar və müəllimələr tərəfindən maraqla qarşılanıb.
Daha bir tədbir isə Kitabxana-Klubda baş tutub. Mirzə İbrahimovun “Azad”x9d hekayəsi əsasında keçirilən “hekayə saatı”x9dnda 28 saylı məktəbin 7c və 7ç sinfinin şagirdləri,kitabxananın fəal oxucuları iştirak edib. Tədbirdə oxuculara yazıçının həyat və yaradıcılığından bəhs olunan video çarx göstərilib. Daha yazıçının həyat ə yaradıcılığı, o cümlədən “Azad”x9d hekayəsi haqqında məlumat verilib və hekayə əssında sual-cavab keçirilib.
Sonda oxucuların ifasında hekayənin motivləri əsasında hazırlanmış səhnəcik nümayiş etdirilib.
































































































