“Ötən gecə Vahid müəllimin (Əməkdar artist Vahid Əliyev – red.) gözlənilmədən vəziyyəti ağırlaşdı. Məlum oldu ki, o, infark keçirib. Dərhal təcili tibbi yardıma zəng vurdum. O, ilkin müdaxilədən sonra klinikaların birində anju olundu. Hazırda vəziyyəti ağır olaraq qalır”.
Bu sözləri 70 yaşlı Əməkdar artist Vahid Əliyevin həyat yoldaşı Tamilla Əliyeva Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.
Tamilla xanım bildirib ki, həyat yoldaşı yaxın günlərdə ürək əməliyyatı keçirəcək:
“Səhər saatlarında müayinələrdən keçmək üçün onu klinikaya apardım. Bütün analizləri yoxlanıldı. Həkimlər mənə söylədilər ki, o hələ 10 gün xəstəxanada qalacaq. Qanı durulmalıdır ki, bundan sonra onu əməliyyata götürsünlər. Yalnız bundan sonra o ürəyindən əməliyyat olunacaq”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
11:08 / 23.12.2022
Əməkdar artist infarkt keçirdi - VƏZİYYƏTİ AĞIRDIR - ÖZƏL
Hazırda oxunan: Əməkdar artist infarkt keçirdi - VƏZİYYƏTİ AĞIRDIR - ÖZƏL
Hazırda oxunan: Əməkdar artist infarkt keçirdi - VƏZİYYƏTİ AĞIRDIR - ÖZƏL
111196
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.