Zəfər Muzeyi üçün materiallar toplanılır - Nazirlik

Hazırda oxunan: Zəfər Muzeyi üçün materiallar toplanılır - Nazirlik

10892

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə fevralın 4-də Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyinin yaradılması ilə əlaqədar müvafiq dövlət qurumlarının səlahiyyətli nümayəndələrindən ibarət İşçi qrupunun onlayn iclası keçirilib.

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, mədəniyyət naziri Anar Kərimov Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyinin fondunun yaradılması üçün lazımi materialların toplanılmasına başlandığını bildirib.

 

MÖVZU İLƏ BAĞLI:

Zəfər muzeyinin yaradılması ilə bağlı hazırlıq işlərinə başlanıldı - Fotoreportaj


Nazir vətəndaşlarla yanaşı, dövlət qurumları tərəfindən də müvafiq materialların təhvil verildiyini qeyd edib.

Bildirilib ki, muzey 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan xalqının nümayiş etdirdiyi əzmkarlığı, birliyi əbədiləşdirən möhtəşəm kompleks, eyni zamanda xalqımızın qəhrəmanlıq irsini və qazanılmış Qələbəni müasir təqdimat metodları ilə tamaşaçıya çatdıran məkan olacaq.

Vətən müharibəsinin gedişini müasir texnologiyalar vasitəsilə canlandıracaq muzey həmçinin ölkənin ən böyük və müasir maarifləndirici, vətənpərvərlik ruhunda tərbiyə edici mərkəzi kimi fəaliyyət göstərək.

Sonra hərb tarixi üzrə ekspert Səbuhi Əhmədov muzeyin konsepsiyasının ilkin layihəsini İşçi qrupunun üzvlərinə təqdim edib.

İclasın sonunda Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyinin yaradılması istiqamətində işlərin davam etdiriləcəyi bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin