Balakəndə mədəniyyət mərkəzi kollektivinin təşəbbüsü ilə ərsəyə gələn, bəşəriyyəti bürüyən və respublikamızdan da yan keçməyən narkomaniya kimi ağır bəlanın acı nəticəsindən bəhs edən “Külə dönmüş arzular” adlı tamaşa yerli tamaşaçılara təqdim edilib.
Bu barədə Bizim.Media-ya rayon Mədəniyyət mərkəzindən məlumat verilib.
Tamaşa Balakən rayon narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının, Balakən rayon mədəniyyət mərkəzi və Təhsil sektorunun birgə təşkilatçılığı ilə baş tutub.
Qeyd olunur ki, Pakizə Hüseynova və Mirzəağa Məmmədovun ssenarisi əsasında səhnələşdirilən tamaşaya mədəniyyət mərkəzinin işçisi Zöhrə Bakeyeva quruluş verib.
Tamaşada rayon mədəniyyət işçiləri, Mədəniyyət mərkəzinin könüllüləri, həmçinin şəhid, Vətən Müharibəsi qəhrəmanı Amin Novruzov adına Balakən rayon Humanitar və Texniki təmayüllü liseyin şagirdləri rol alıb.
Mədəniyyət mərkəzinin işçilərindən Qürbət Muradov, Vüqar Mikayılov, Kəmalə Qurbanova, Rəfael Nəbiyev, Turan Musayev və Mərkəzdə fəaliyyət göstərən könüllülər qrupunun üzvləri Zamin Yüzbaşıyev, Fərhad Əhmədov, eləcə də rayon Humanitar və Texniki təmayüllü liseyin şagirdləri Ziyafət Mehdiyeva , Uğur Məmmədlinin canlandırdığı obrazlar tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirin sonunda mədəniyyət mərkəzinin rəhbərliyi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Balakən rayon komitəsi tərəfindən tamaşanın təşkilatçıları və aktyorlara diplom və hədiyyələr təqdim olunub.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Mədəniyyət
10:03 / 06.12.2022
Balakəndə “Külə dönmüş arzular” tamaşası nümayiş olunub - FOTO
Hazırda oxunan: Balakəndə “Külə dönmüş arzular” tamaşası nümayiş olunub - FOTO
Hazırda oxunan: Balakəndə “Külə dönmüş arzular” tamaşası nümayiş olunub - FOTO
108074
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.