Şəki Dövlət Dram Teatrının sənədləri dövlət arxivinə təqdim olunub. Məqsəd teatr sənədlərinin daimi mühafizəsini təşkil etmək və Dövlət Səs Yazıları Arxivində qorumaqdan, gələcək nəsillərə ötürməkdən ibarətdir.
Bu barədə Bizim.Media-nın yerli bürosuna Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrından məlumat verilib.
Bildirilib ki, 2013-2019-cu illərdə oynanılmış tamaşaları –Səməd Vurğunun “Vaqif”, İlyas Əfəndiyevin “Sevgililərin cəhənnəmdə vüsalı”, Haldun Tanerin “...və dəyirman dönərdi”, Molyerin “Xəstəlik xəstəsi və ya yaşasın teatr”, Hidayət Sayının “Davul səsi” tamaşaları rəqəmsal formatda daimi mühafizə üçün Dövlət Səs Yazıları Arxivinə təhvil verilib.
Qeyd edək ki, əsası 1879-cu ildə Rəşid bəy Əfəndiyev tərəfindən qoyulmuş Şəki Dövlət Dram Teatrı Nuxa Teatrının sələfidir.
Sonralar Bakı teatrlarında fəaliyyət göstərmiş görkəmli aktyorlar İsmayıl Osmanlı, Lütfəli Abdullayev, Yusif Vəliyev və başqalarının ədəbi fəaliyyəti adıçəkilən teatrla bağlı olub. Bununla yanaşı müхtəlif illərdə Şəкi tеаtrındа bаş rеjissоr işləmiş Hüseynağa Аtакişiyеv, Cahangir Nоvruzоv, Mərdan Fеyzullаyеvin коllекtivin prоfеssiоnаl səviyyəyə yüksəlməsində zəhmətləri çox böyüкdür.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Mədəniyyət
11:17 / 21.11.2022
Bu teatrın sənədləri dövlət arxivinə təqdim olundu – FOTO
Hazırda oxunan: Bu teatrın sənədləri dövlət arxivinə təqdim olundu – FOTO
Hazırda oxunan: Bu teatrın sənədləri dövlət arxivinə təqdim olundu – FOTO
105443
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.